Tanqo - XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqs.
Tanqo | |
---|---|
tango | |
Mənşəyi | |
Yaranma tarixi | 1905 |
Əlaqəli rəqslər | |
bal tanqosu[d], tanqo (janr)[d] | |
Vikianbarda əlaqəli mediafayllar |
Tanqo Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranmış, lakin sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulmuşdur. Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Başlanğıcda kreol tanqosu adlanan bu rəqs və musiqinin hal-hazırda Argentina tanqosu, Uruqvay tanqosu, fin tanqosu və bal tanqosu kimi geniş yayılmış növləri var.
Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası həyatlarını anladırdılar.[3]
Məşhur argentinalı müğənni və kinoaktyor Karlos Qardelin doğum tarixi olan 11 dekabr Argentinanın paytaxtı Buenos-Ayresdə hər il "Tanqo günü" kimi qeyd edilir.[4][5]
Kişi
Qadın
Ritm: 1 2 345 678