Acer campestre

Çöl ağcaqayını (lat. Acer campestre) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.

Çöl ağcaqayını
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür. Aprel-may aylarında çiçəkləyir, çiçəkləmə yarpaqların açılması ilə eyni vaxtda və yaxud gec olur. Avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan Əyriçay, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax. dağ, Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşə kənarında və meşələrdə qarışıq halda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Dekorativ bitkidir. Oduncağı xırda məmulatların hazırlanmasında istifadə olunur.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1055.