Tatar ağcaqayını (lat. Acer tataricum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Tatar ağcaqayını | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tatar ağcaqayını |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Rusiyanın Avropa hissəsinin meşə-çöl zonasında, Qafqazda, Qərbi Avropanın cənub-şərqində, Balkanda, İranda, Türkiyədə yayılmışdır.
Hündürlüyü 9 m-ə qədər olan, geniş ovalşəkilli çətirə malik iri kol və ya kiçik ağacdır. Gövdəsinin qabığı hamar, tünd boz və ya qara rəngdə olub, qırmızımtıl və ya qəhvəyi rəngli cavan budaqlara malikdir. Tumurcuqları yumurtaşəkilli və ya yumru, uzunluğu 4 mm-ə qədərdir, tumurcuq pulcuğu qırmızı-qonur, kənarları ağ tüklüdür. Yarpaqları yumurtavari, enli yumurtavari və dairəvi olub, 6–10 sm uzunluqda, 3–7 sm enindədir. Yarpaq ayasının üst səthi tünd-yaşıl, alt səthi bir qədər açıqdır, damar boyu tükcüklərlə örtülüdür, qaidəsi ürəkvari və ya dairəvi, üçdilimlidir. Çiçəkləri ağ və ətirlidir, salxım çiçək qrupuna yığılmışdır. Çiçək qrupu 5–7 sm uzunluğunda, vəziciklərlə örtülü saplaqlı başcıqlardır. May-iyun aylarında çiçəkləyir. Qanadlı meyvələri 3–4 sm uzunluqda, çılpaq və ya tükcüklərlə örtülüdür, sentyabrda yetişir. Toxumlar yığılan kimi və ya 150 gün ərzində qum və ya torfda stratifikasiya edildikdən sonra səpilir. Toxumla və ya vegetativ üsulla çoxalır.
Kölgəyə, quraqlığa, şaxtaya davamlıdır, torpağın duzlaşmasına dözür, məhsuldar torpaqlarda yaxşı bitir.
Abşeronda, Gəncədə, Sumqayıtda park və bağlarda mədəni halda əkilib becərilir.
Dekorativ görünüşünə görə qiymətlidir. Sənayedə qabığından boya istehsalında istifadə olunur. Abşeronda park və bağların yaşıllaşdırılmasında, meşə əkinlərində torpaq qoruyucu kimi geniş istifadə olunur.