Adəm Umalatov

Adəm Umalatov (27 avqust 1975, Xattuni[d], Çeçen-İnquş MSSR5 noyabr 2001) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Çeçenistan Respublikasında Birinci və İkinci müharibələrin və 1999-cu ildə çeçen mücahidlərinin Dağıstana təcavüzünün fəal iştirakçısı. İslam Batalyonu Əmirinin müavini (1994–1995), İslam Taburu Əmiri (1996), Cundullah İslam Briqadasının Hərbi Əmiri (1998–2001). Şamil Basayevin qərargahında kəşfiyyat və təxribat işlərindən məsuldur olan şəxs.

Adəm Umalatov
Doğum tarixi 27 avqust 1975(1975-08-27)
Doğum yeri
Vəfat tarixi 5 noyabr 2001(2001-11-05) (26 yaşında)

Adəm Umalatov 27 avqust 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Xattuni kəndində anadan olmuşdur[1]. Milliyətinə görə çeçendir.

Qafqazda silahlı toqquşmaların fəal iştirakçısı olur. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı rütbəsinə qədər yüksəlir[2][3]. "Tehran" və "Əmir Adəm" təxəllüsləri ilə tanınır[4][5].

1992–1993-cü illərdə Umalatov uşaqlıq dostu Şamil Basayevlə birlikdə Qafqaz dağ xalqları konfederasiyasının tərkibində gürcü-abxaz münaqişəsində iştirak edir.

Abxaziyadan vətənə qayıdan Adam Umalatov 1994–1996-cı illərdə Birinci Çeçenistan müharibəsində fəal iştirak edir. 1994–1995-ci illərdə İslam batalyonu komandirinin müavini vəzifəsində çalışır. Adəm Umalatov Çeçen İçkeriya Respublikasının ali ordeni olan "Millət şərəfi" ordeni ilə təltif olunmuşdur.

1996-cı ildə Birinci Çeçenistan müharibəsinin sonlarına doğru İslam batalyonuna rəhbərlik etmiş, Qroznı uğrunda döyüşlərin və çeçen separatçılarının Çeçenistanda rus qoşunlarına qarşı ən iri hərbi əməliyyatlarının iştirakçısı olmuşdur.

1998-ci ildə Birinci Çeçenistan müharibəsi bitdikdən sonra Umalatov Cundullah İslam Briqadasına rəhbərlik edir.

1999-cu ildə Umalatov "Cundullah İslam briqadası" ilə çeçen mücahidlərinin Dağıstana hücumunda fəal şəkildə iştirak edir. Rusiya hakimiyyəti onu Şimali Qafqazda hərbçilərə və polislərə qarşı təxribat, terror hücumlarında, girov alverində günahlandırır[6].

5 noyabr 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı öldürülür[7][8][9][10][11]. Onun öldürülməsi zamanı daha iki ərəb əsilli döyüşçüdə öldürülmüşdür. Ölümündən sonra məşhur komandir Supyan Abdulayev Cundullah İslam Briqadasının hərbi əmiri vəzifəsini alır[5][12].

  1. "УМАЛАТОВ Адам (поз. "Тегеран", "Адам"). Ретро-досье на бандглаварей начала 2000-х. Часть 2". Operline (rus). 2014-01-23. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  2. "Убит близкий сподвижник Хаттаба". KM.RU Новости - новости дня, новости России, последние новости и комментарии (rus). 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  3. "В Чечне уничтожен один из главарей боевиков". NEWSru.com (rus). 2001-11-05. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  4. "Этот день в истории мирового террора - 5 ноября - 6 Ноября 2013 – Земля - Хроники жизни". earth-chronicles.ru. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  5. 1 2 "Засада у Ца-Ведено, 3 ноября 2001 года. Рассказ участника засады". crazdiam.narod.ru. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  6. "Спецназ охотится за братьями-генералами". ytro.ru. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  7. "Уничтоженные чеченские боевики. Справка". РИА Новости (rus). 20050309T1145. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  8. Кавказский Узел. "В Чечне уничтожен полевой командир Адам Умалатов". Кавказский Узел. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  9. "Адам Умалатов — Documentation". newsruss.ru. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  10. "Газета.Ru - Убит помощник Хаттаба по кличке «Тегеран»". www.gazeta.ru. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  11. "Cпецназ атаковал банду Хаттаба, убит бригадный генерал". lenta.ru. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  12. Руслан Халилов. "«Джундалла» добралась до Таджикистана?." www.asiaterra.info (rus). 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.