Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi.
Birinci Çeçen-Rus Müharibəsi
Qroznı şəhəri yaxınlığında çeçen döyüşçülər tərəfindən ələ keçirilmiş Rusiya HHQ-nə məxsus Mi-8 hərbi-nəqliyyat helikopteri. 1994-cü il.
Hərbi: 5,732 nəfər həlak olub və ya itkin düşüb (Rusiya rəsmi qiymətləndirməsi) Mülki: Ən azı 161 nəfər Çeçenistandan kənarda həlak olub
Hərbi: 17,391 nəfər həlak olub və ya itkin düşüb (Rusiya rəsmi qiymətləndirməsi) Mülki: 50,000-100,000 nəfər 80,000 nəfər (İnsan hüquqları qrupları qiymətləndirməsi)
1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıyaaviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar. Bundan bir qədər əvvəl Cövhər Dudayevə məxsus qüvvələr bir neçə nəfər rus əsgərini əsir götürür. Rusiya bu əsirlərin azad edilməsi üçün ultimatum verir. Əsirlər məsələsi ultimatumla həll edilə bilmədiyindən Cövhər Dudayevlə Rusiya Müdafiə Naziri Pavel Qraçov arasında danışıqlar olur. Razılaşmalara baxmayaraq ruslar 6 dekabr 1994-cü ildə Qroznını yenidən bombalayır. 11 dekabrda ruslar çeçen torpaqlarına girir. İki ilə yaxın gedən döyüşlərin ardından tərəflər arasında Xasavyurt Müqaviləsi imzalanır. Müqaviləyə görə, Çeçenistanın müstəqilliyi Rusiya tərəfindən rəsmən tanındı və siyasi statusu 5 il ərzində qərarlaşdırılmalı idi. Müharibə ərəfəsində rus hərbi qüvvələri 6,000 nəfərdən çox, çeçen hərbi qüvvələri 18,000 nəfərdən çox və 50,000 (qeyri-rəsmi mənbələrə əsasən 100,000-ə yaxın) mülki vətəndaş həyatını itirdi.