Adalet.az

Ədalət — gündəlik hüquq qəzeti. Baş redaktor: Aqil Abbasdır.

Ədalət
Növ Gündəlik hüquq qəzeti
Format A3
Təsisçi Aqil Abbas
Baş redaktor İradə Tuncay
Yaranma tarixi 1 iyul 1990
Dil Azərbaycan dili
Qiymət 20 qəpik
Səhifə 24
Ünvan Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 6-cı mərtəbə.
Tiraj 1940
adalet.az

1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. "Ədalət"in qurucusu Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından biri olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb.

Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib. Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilik olub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]