Adam Frank (1 avqust 1962, Nyu-York, Nyu-York ştatı) — Amerikalı fizik, astronom və yazıçıdır. Onun elmi tədqiqatları ulduzların meydana gəlməsi və inkişafının son mərhələlərinə diqqət yetirməklə hesablama astrofizikasına yönəlmişdir. Onun fəaliyyətinə həm də ekzoplanet atmosferi və astrobiologiya üzrə tədqiqatlar daxildir. O, ekzo-sivilizasiyalar haqqında məlumatlar toplamağa çalışmışdır.
Adam Frank | |
---|---|
Adam Frank | |
Doğum tarixi | 1962, 1 avqust |
Doğum yeri | ABŞ, Nyu Cersi |
Vətəndaşlığı | ABŞ |
İxtisası | astronom, fizik |
Təhsili | Kolorado, Vaşinqton Universitetləri |
Fəaliyyəti | astronom, fizik, yazıçı, astrofizik, universitet müəllimi[d] |
Elmi dərəcəsi | professor |
Tanınır | elmi yazıçı, astrofizik |
adamfrankscience.com |
Onun əsərlərində bir çox elmi məsələlərə diqqət yetirilmişdir. Mövzulara aşağıdakılar daxildir: iqlim və insan gələcəyi, texnologiya və mədəni təkamül; şüurun təbiəti və təcrübə; elm və din. O, Milli İctimai Radioda (NPR) yaranan 13.7 Kosmos və Mədəniyyət Bloqunun həmtəsisçisidir[1] və o, NPR-nin Hər Şey Nəzərdən keçirilməsi bloquna da müntəzəm olaraq efirdə töhfə verir. O, vaxtaşırı New York Times qəzeti üçün də yazır.
Frank 1 avqust 1962-ci ildə Nyu Cersi ştatının Belleville şəhərində anadan olub. O, bakalavr təhsilini Kolorado Universitetində və dissertasiya işlərini isə Vaşinqton Universitetində müdafiə edib, Hollandiyanın Leiden Universitetində və Minnesota Universitetində çalışıb. 1995-ci ildə Frank Hubble Təqaüdünə layiq görüldü. 1996-cı ildə o, Roçester Universitetinə daxil olub və oranın hazırda astrofizika üzrə professorudur.
Frankın tədqiqat mərkəzi astrofiziki maye dinamikasıdır . Onun tədqiqat qrupu astrofizik kontekstlərdə maqnit maye dinamikasını simulyasiya etmək üçün istifadə edilən ing. AstroBEAR adaptive mesh refinement kodunu işləyib hazırlamışdır.[2] AstroBEAR-dan istifadə edən layihələrə protoulduzlardan gələn reaktivlərin tədqiqi, həmçinin günəş tipli ulduzun planetar dumanlığının təkamülü daxildir.
2008-ci ildə Frank Discover jurnalı üçün böyük partlayış nəzəriyyəsi ilə bağlı elmi arqumentləri tədqiq edən məqalə yazmışdı.[3] Frankın The Constant Fire: Beyond the Science vs. Religion Debate adlı ilk kitabı 2009-cu ildə çap olundu. Burada elm və din arasında davam edən əlaqə müzakirə olunub. Onun işi 2009-cu ildə Ən Yaxşı Elm və Təbiət Yazısı[4] və 2009-cu ildə Ən Yaxşı Buddist Yazısı nəşrlərində göründü. 2010-cu ildə Frank Marcelo Gleiser ilə NPR 13.7 Kosmos və Mədəniyyət Blogunu təsis etdi.[5]
Frankın "Zaman haqqında: Böyük Partlayışın Alatoranlığında Kosmologiya və Mədəniyyət" adlı ikinci kitabı 2011-ci ilin payızında nəşr olundu O, bu əsərində kosmologiyada dəyişən ideyalarla zamanın mədəni ideyası arasındakı əlaqəni araşdırır.[6] 2016-cı ildə Frank "Bəli, Yadplanetlilər Vardır" adlı məqalə yazıb.[7] Frank "Kosmosda oynayan Astronomiya" adlı kollec səviyyəli elm dərsliyin də müəllifidir. Dərslik 2016-cı ilin sentyabrında nəşr olundu.[8] Frankın başqa bir kitabı "Ulduzların İşığı. Yad Aləmlər və Yerin Taleyi" 12 iyun 2018-ci ildə nəşr olundu. O, iqlim dəyişikliyi ilə bağlı müzakirələri hər hansı bir planetdə demək olar ki, hər hansı bir texnoloji sivilizasiya ilə baş verə biləcək ümumi bir fenomen kimi göstərərək yenidən qurmağa çalışır.[9] Frank və Gleiser-in bloqu 2018-ci ildə 13.8: Elm, Mədəniyyət və Məna adı ilə Orbiterə[10] köçdü.[11]
O və həmkarları Milli Aeronavtika və Kosmos Administrasiyasından (NASA) günəş sistemindən kənar planetlərdə qabaqcıl texnologiyanın sübutunu axtarmaq üçün qrant aldıqdan qısa müddət sonra, 30 may 2021-ci ildə Frankın "Mən Yadplanetliləri Axtaran Fizikəm. UNO-lar Məni Təəssüratlandırmaz" adlı essesi New York Times qəzetində dərc olundu.[12] Məqalədə o, kainatdakı yerdənkənar sivilizasiyaların riyazi ehtimallarını qeyd edərək 1947-ci ildən bəri mətbuatda dərc olunan xəbərlərdə təsvir olunan fenomenin təbiəti ilə bağlı inandırıcı izahatlar verdi və bu fenomenin elmi cəhətdən öyrənilməməsindən təəssüfləndiyini qeyd etmişdi.
2023-cü ilin sentyabrında astrofiziklər, o cümlədən Frank, ən son Ceyms Vebb Teleskopu tədqiqatlarına əsaslanan Lambda-CDM Modeli şəklində kainatın ümumi cari görünüşünü şübhə altına aldılar.[13]