Adam Laksman

Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 17661806) – fin əsilli Rusiya leytenantı.[1] 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir.[1]

Adam Laksman
Doğum tarixi 1766
Vəfat tarixi 1806
Fəaliyyəti tədqiqatçı-səyyah[d], hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponiya ekspedisiyası

[redaktə | mənbəni redaktə et]

Təbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi.[1] Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi.[1]

Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər.[2] Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava ŞoqenMurakami Dayqaku ilə görüşmüşdür.[1] Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər.[1]

Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar.[1] Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər.[1] Yaponlar ona bildirmişdilər ki, bu cür məsələlər xaricilər üçün açıq olan yeganə liman Naqasakidə müzakirə oluna bilər və Laksmana Rusiya gəmisinin Naqasakiyə daxil olmasına icazə verən sənəd vermişdirlər.[1] Laksman bu icazə sənədindən istifadə etməsə də, Rusiyaya aparmışdır.[1]

Erik Laksman, İmperatriça Yekaterina, eləcə də, Yaponiya ekspedisiyasını maliyyələşdirən səyyah Qriqori Şelixovun ölümü Naqasaki icazəsinin sınaqdan keçirilməsini təxirə salmışdır.[1] Şelixovun kürəkəni olan Nikolay Rezanovun Naqasakiyə daxil olmaq üçün cəhd göstərdiyi 1804-cü ilə qədər başqa heç bir rus Yaponiyaya səyahət etməmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kodansha Encyclopedia of Japan
  2. Shchepkin, Vasiliy Vladimirovich; Kartashov, Kirill Mikhailovich. "Ritual and Law: Reception of Adam Laxman's expedition in Japan" (PDF). Russian Japanology Review. 1. 2018: 149–158. 2021-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]