Adam Maniok – (mac. Mányoki Ádám, 1673[1][2][…] – 6 avqust 1757[3], Drezden) Macar portret rəssamı. Barokko sənət axımının nümayəndələrindən olmuşdur.
Adam Maniok | |
---|---|
mac. Mányoki Ádám | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Stil | Barokko |
Vikianbarda əlaqəli mediafayllar |
Adam Maniok 1673-cü ildə protestant bir rahibin oğlu olaraq dünyaya gəlmişdi. Ailəsi kasıb olduğundan onu alman bir ailənin himayəsinə vermişdi. Maniokun təhsilində bu ailənin rolu böyük olmuşdur. O ilk əvvəl Lüneburq şəhərinə, oradan isə Hamburqa gələrək burada təhsil almışdır. Daha sonra Hannoverdə Andreas Şeyts və Parisdə Nicolas de Largillierenin yanında çalışmışdır. Niderlandda təhsilini tamamladıqdan sonra 1703-1707-ci illərdə Prussiya kralı I Fridrix Uilyamın sarayında yaşamış, saray rəssamı olmuşdur. 1707-ci ildə Adam Maniok II Ferens Rakoçinin sarayında xidmət etməyə başlayır. 1711-ci ildə o Rakoçi ilə birgə Polşaya yola düşsə də Fransada qalır. Burada ona Kral II Avqustun portretini çəkmək tapşırılmışdı. 1717-ci ildə yenidən saray rəssamı olan Maniok 6 il sonra İmperator VI Çarlz və qızı Maria Annanın portretini çəkmək üçün Vyana və Praqaya yollanır. 1724-1731-ci illər ərzində Macarıstana qayıdaraq burada yaşamışdır. 1731-ci ildən sonra isə rəssam Drezden və Leypsiq şəhərlərində yaşamış, 1736-cı ildə Polşa kralı III Avqustun sarayında yenidən saray rəssamı olmuşdur. Lakin burada maaşı vaxtı vaxtında ödənmədiyi üçün Maniok 1753-cü ildə sarayı tərk edir. Həyatının son illərini yoxsulluq içində yaşayan rəssam 1757-ci ildə, 83 yaşında vəfat etmişdir.[4]