Adam Uolşun qətli (ing. Adam Walsh; d. 14 noyabr 1974-cü il, Florida ştatı, Hollivud — ö. 27 iyul 1981-ci il, Florida ştatı, St. Lucie qraflığı) — 27 iyul 1981-ci ildə Florida ştatı, Hollivudda yerləşən Hollivud ticarət mərkəzindəki "Sears" mağazasından oğurlanan amerikalı uşaq. Onun kəsilmiş başı iki həftə sonra tapıldı. Adamın ölümü dövlət səviyyəsində rezonans doğurdu. Onun atası Con Uolş zorakı cinayət qurbanlarının vəkili oldu və "America’s Most Wanted" televiziya proqramını təşkil etdi.
Adam Uolşun | |
---|---|
ing. Adam Walsh | |
Doğum tarixi | |
Doğum yeri | Hollivud, Florida |
Vəfat tarixi | (6 yaşında) |
Vəfat yeri | St. Lucie qraflığı, Florida |
Vəfat səbəbi | Asfiksiya |
Atası | Con Uolş |
Məhkəmə həkimləri Adamın ölümünün boğulma olduğunu və cəsədin tanınmasını çətinləşdirmək məqsədi ilə oğlanın başının kəsildiyini müəyyən etdilər.
Bir müddət Adam Uolşun qətlində Ceffri Damer şübhəli oldu. Sam Damer özü bu ittihamları qəti surətdə inkar etdi.[1]
O, şübhələrə belə cavab verdi:
Hər şeyi etiraf etdim. Viskonsin ştatındakı on altı və Ohayoda bir cinayətin hamısını. Mən tamamilə səmimi idim və əgər digər qətlləri törətmişəmsə onları etiraf edərdim. Mən bunları etməmişəm. Mən sizə hər şeyi danışdım – onları necə öldürdüyümü, necə bişirdiyimi, necə yediyimi. Yaxşı, başqa cinayətləri niyə gizlətməliyəm? |
Ottis Tul Adamı öldürdüyünü etiraf etdi, lakin sübut olmadığından bu cinayətə görə heç bir vaxt məhkum edilmədi (sonradan o, ifadəsini geri götürdü). Tul 15 sentyabr 1996-cı ildə qaraciyər çatışmazlığından öldü. Heç bir yeni sübutun olmasına baxmayaraq, polislər 16 dekabr 2008-ci ildə Tulun qatil olduğuna əmin olduqları üçün Uolşın işinin bağlandığını elan etdilər.[2]
Culi Litkott – Heyms kitabında yazır: "Buraxın onları. Uşaqları yetkinliyə necə hazırlamaq olar":
Adamın atası Con Uolş burada dayanmadı: O, 1984-cü ildə itkin düşmüş və istismar olunan uşaqların Milli mərkəzinin yaradılması üçün Konqressdə lobbiçilik etdi və 1988-ci ildən bəri Fox kanalında "America’s Most Wanted" televiziya verilişinin əsasını qoydu. |