Adam cinsi arasında cins adam (film, 1998)

Adam cinsi arasında cins adam qısametrajlı sənədli televiziya filmi rejissor Vahid Mustafayev 1998-ci ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın milli qəhrəmanı, reportyor Çingiz Mustafayev haqqında kinoxatirədir. Müəllifin Çingiz haqqında xatirələri üzərində qurulan filmdə onun vaxtilə İnşaat Mühəndisləri İnstitutunda baş həkim işlədiyi dövrlər, cins geyimdə dramatik qaynar süjetlərə əsaslanan reportyorluq fəaliyyəti ilə qəhrəmanlıq zirvəsinə yüksəlməsi bir daha xatırlanır.

Adam cinsi arasında cins adam
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Vahid Mustafayev
Ssenari müəllifi Mir Şahin
İstehsalçı ANS televiziyası
İlk baxış tarixi 1998
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 19 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1998
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycanın milli qəhrəmanı, reportyor Çingiz Mustafayev haqqında kinoxatirədir. Müəllifin Çingiz haqqında xatirələri üzərində qurulan filmdə onun vaxtilə İnşaat Mühəndisləri İnstitutunda baş həkim işlədiyi dövrlər, cins geyimdə dramatik qaynar süjetlərə əsaslanan reportyorluq fəaliyyəti ilə qəhrəmanlıq zirvəsinə yüksəlməsi bir daha xatırlanır.

Çingiz söz adamı deyildi, şəkil adamıydı. Onun işləməsinə hər şeydən əvvəl vətənpərvərliyi mane olurdu. (müəl. M.Şahin)

Filmin üzərində işləyən[redaktə | mənbəni redaktə et]

Rejissor: Vahid Mustafayev
Ssenari müəllifi: Mir Şahin

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1998-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı