Adaqum çayı

Adaqum (Adıkum, Adaqim, Atakuma,Ataqum[1]; adıq Атӏэкӏумэ) — Rusiyanın Krasnodar diyarında çay. Adaqum Kuban çayının sol qolu olub, uzunluğu 66 km, su toplayıcı hövzənin sahəsi 336 km²-dir[2].

Adaqum
adıq Атӏэкӏумэ
Ölkələr
Mənbəyi  
 • Yüksəkliyi 45 m
Mənsəbi Kuban çayı
 • Yüksəkliyi 10 m
Uzunluğu 66 km
Hövzəsinin sahəsi 336 km²
Adaqum çayı (Krasnodar diyarı)
mənbəyi
mənsəbi
Adaqum çayı Krasnodar diyarının fiziki xəritəsində:

44°52′ şm. e. 37°55′ ş. u.HGYO

45°08′ şm. e. 37°38′ ş. u.HGYO
DSR[rus.] 06020001912108100006041
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakanka və Neberjay çaylarının birləşməsi nəticəsində yaranır. Çayın mənsəbi Markotxsk silsiləsinin şimal yamaclarındadır. Çayın qidalanması qarışıqdır. İl ərzində daha çox yağış suları üstünlük təşkil edir. Adaqum çayı əvvəllər çoxsaylı qollardan ibarət geniş şəbəkəyə malik idi. İndi çay qollarının bir çoxundan məhrum olub. Buna səbəb çay yatağında inşa edilmiş Varnavin su anbarıdır. Məhs Adaqum çayı bu su anbarına tökülür.

Çayın su rejiminə yay ayları üçün mejen xarakterikdir. Bəzən tam quruma belə baş verir. Dağlara yağan güclü yağışlardan sonra çayın suyu ətraf ərazilər çıxır. 2012-ci ilin 7 iyulunda baş verən güclü leysan yağışı zamanı Krımska rayonunda böyük daşqın meydana gəlmişdir. Daşqın nəticəsində 160 nəfər həlak olmuşdur. Minlərcə insanın əmlakına zərər dəymişdir.[3][4][5][6]. Çay suyuna nəzarət etmək məqsədi ilə Varnavin su anbarı inşa edilmişdir. Varnavin anbarının tikintisinə 1964-cü ildə başlanılmışdır. Su anbarından aşağıda Adaqum çayı kanallara toplanılmış və Varnavin boşaltma kanalı adlanır. Kanlların kənarında çayın kiçik bir hissə qalmış. Bu kiçik çay boşaltma kanallarına paralel axır[7].

Çayın yuxarı axarlarında enliyarpaqlı meşələr üstünlük təşkil edir. Varnavin su anbarının ərazilərində isə daha çox kənd təsərrüfatı sahələr mövcuddur.

V.N.Koveşnikov və C.Kokova görə çayın adı türk dillərindən gəlir:Ad və qum — Qumlu ada[1] .Abxaz dilində abx. адагуа "kar" və ya oset. адаг — "tirə"[8] deməkdir. K.X.Meretukova görə sözün kökü xaşxaş çiçəyinin adı əsas ola bilər — adıq Атӏэкӏум[9]. Bundan başqa Qafqaz müharibəsi zamanında adıgeylər ətrafda yaşayan natuxaj tayfalarını "adaqumlar" adlandırıdılar.[10] Müharibənin sonunda çay kənarında adıqlar ilk dəfə olaraq artilleriya atəşindən istifadə etmişlər[11].

  1. 1 2 Ковешников В. Н. Адагум // Очерки по топонимике Кубани. — Краснодар : Мир Кубани, 2006. — С. 8. — ISBN 5-00-000578-3.
  2. Водный объект : [рус.] / textual.ru // Государственный водный реестр : [арх. 15 октября 2013] / Минприроды России. — 2009. — 29 марта.
  3. https://web.archive.org/web/20120711213859/http://krasnodar.kavkaz-uzel.ru/articles/209369/
  4. "Число погибших при наводнении на Кубани выросло до 150 - данные МВД" (rus). Интерфакс. 2012-07-08. 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-08.
  5. "Ткачев заявил, что пропавших без вести при наводнении на Кубани нет" (rus). // yugopolis.ru. 2012-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.
  6. "Наводнение на Кубани" (rus). // ria.ru. 2012-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.
  7. "Публичная кадастровая карта" (rus). 2020-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  8. Твёрдый А. В. Адагум // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 16. — ISBN 978-5-89564-044-9.
  9. К. Х. Меретуков. Атӏэкӏум // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 45. — ISBN 5-901701-43-7.
  10. К. Х. Меретуков. Атӏэкӏум // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 45. — ISBN 5-901701-43-7.
  11. К. Х. Меретуков. Атӏэкӏум // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 45. — ISBN 5-901701-43-7.