Bu cins Azərbaycanda cəmi 1 növlə təmsil olunmuşdur. Hippophae rhamnoides L. [1].
Adi çaytikanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Hündürlüyü, əsasən 1–3 m, bəzən 3–6 m-ədək, boz qabıqlı və uzun iynəli, çox gövdəli, yarpağı tökülən kol, bəzən ağacdır. Yarpaqları növbəli, xətvarı və ya xətvarı-lansetvarı, üstü bozumtul-yaşıl, alt tərəfi qonur və ya sarımtıl-gümüşü-ağdır. Çaytikanı ikievli bitkidir. Bəzi kollarda dişi çiçəkləri çıxır və onlardan meyvələr əmələ gəlir, bəzilərində isə erkək çiçəkləri və onların tozcuğu külək vasitəsilə dişi çiçəkləri tozlandırır. Çiçəklərinin düz, sadə, kasaşəkilli çiçəkyanlığı vardır, erkəkcik çiçəkləri qısa çiçək qruplarına-sünbüllərə yığılmışdır. Dişi çiçəkləri qısa budaqların və iynələrin qoltuqlarında, çox qısa çiçək saplaqlarında yerləşmişdir. Meyvələri oval və ya yumru, sarımtıl-qızılı və ya narıncı rəngli, sulu, turşulu, çox ətirli çəyirdəklərdir. Çəyirdəyi uzunsov-yumurtavari, bəzən təxminən qara, parlaqdır. Çaytikanı apreldə-mayda çiçəkləyir. Meyvələri avqustda-sentyabrda yetişir.
Qafqaz (Gürcüstan), Rusiya (Qərbi və Şərqi Sibir), Orta Asiya (Qazaxıstan), Qərbi Avropa, Kiçik Asiya, İran, Əfqanıstan, Pakistan, Hindistan, Monqolustan və Çində təbii arealı vardır.[2]
Azərbaycanda adi çaytikanı Böyük və Kiçik Qafqazın bütün rayonları, Samur-Dəvəçi və Lənkəran ovalıqları, Naxçıvan və Lənkəranın dağlıq hissəsi, Qobustan və Alazan-Əyriçay vadisində yayılmışdır . Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir[1]. Naxçıvanda, Ordubadda, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Zaqatala-Balakən rayonları ərazilərində təbii nalda bitir.
Adi çaytikanı boreal coğrafi tipinin palearktik sinfinin qərb-palearktik qrupuna aiddir.[1]
Azərbaycanın nadir bitkilərindəndir. VU D2.
Çay vadilərində rat gəlinir. Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Başlıca olaraq insan fəaliyyətidir.
Generativ və vegetativ yolla çoxalır.
BQ (Quba),Samur-Şabran oval, Qobustan, BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ cənub, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ., Lənk.oval. Yuxarı dağ qurşağına qədər (200–2000 m-ə qədər).[2] Çay kənarlarında, çaqıl daşlıqlarda, qayalı yamaclarda, qumsal torpaqlarda və tuqay meşələrində qrup şəklində bitir və və böyük sahələrdə cəngəlliklər əmələ gətirir.[3]
Kseromezofitdir, qaya-töküntü və sahilboyu bitkilik tiplərində rast gəlir. Əsasən çay kənarlarında, çaqıl daşlıqlarda, qayalı yamaclarda, qumsal torpaqlarda və tuqay meşələrində qrup şəklində bitir. Bəzən çay boyunca cəngəlliklər əmələ gətirir.[1]
Piyli və efir yağları, C, B1, B2, E, PP vitaminləri, karotin, karotinoid, aşı maddələri, alkaloid və flavonoidlərlə zəngindir.[1]
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, eləcə də farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xorası, dəri, göz, revmatizm və qadın xəstəlikləri, bəd xassəli şişlər və avitaminoz zamanı, habelə baytarlıqda istifadə olunur. Ağrıkəsici, iltihab proseslərinə, xoralara və şişlərə qarşı, şualanmadan qoruyucu təsirə malikdir.[1]
Təzə meyvələri və onların şirəsi mədə şirəsinin həddən artıq turşuluğu ilə müşaiyyət olunan mədə xorası, qastrit və sidik kisəsində daş olan xəstələrə təyin edilmir. Meyvələrin həddindən çox istifadəsi qadınlarda mastopatiyanın inkişafı və menstrual dövrün pozulmasına gətirə bilər. Kəskin xolesistit, gepatit, pankreatit, qastrit, kolit və öd kisəsində daş olan xəstələrə çaytikanının yağının daxilə qəbulu ziyandır.[1]
Müalıcə məqsədi ilə bitkinin meyvələri, yarpaqları, budaqları və kökü istifadə edilir. Cövhər, şirə, sirop, yağ və spirtli tinkturalar.[1]
Meyvələri yeməlidir, qidalarda istifadə olunur, onlardan mürəbbə, povidla, şirə, siroplar, jelelər, likyorlar və araqlar hazırlanır. Çaytikanı yağı bir çox kosmetik vasitələrin, o cümlədən maskaların tərkibində əsas komponentlərdən biridir. Əczaçılıq və yeyinti sənayesində meyvələr xammal kimi, dərmanların hazırlanmasında, meyvə və tərəvəz konservlərinin vitaminləşdirilməsində və qida boyaları kimi istifadə olunurlar. Yarpaqların tərkibinin 10%-ə qədəri aşı maddələridir və onlar dərilərin aşılanmasında istifadə oluna bilər. Çaytikanı yaxşı balverən və dekorativ bitkidir, qumsal torpaqların və yarğanların bərkidilməsi üçün becərilir.[1]
Mədəni halda Azərbaycanda az da olmuş olsa becərilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur. Azərbaycanın "Qırmızı kitabı"na daxil edilməsi tövsiyə olunur.