Adi üzərlik

Adi üzərlik (lat. Peganum harmala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinin üzərlik cinsinə aid bitki növü.

Adi üzərlik
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Üzərlik kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Qərbi və Şərqi Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Himalay, Monqolustan, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25-70 sm olan çoxillik, çılpaq ot bitkisidir. Gövdəsi düz, budaqlı solğun yaşıl rəngdədir. Yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvaridir. Açıq sarı rəngli çiçəkləri 10-15 mm, üzün saplaqlıdır. Meyvəsi bir qədər yastıkürəyəbənzər, üç yuvalı qutucuqdur. May-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.

Çoxillik çilpaq ot bitkisi olub, spesifik kəskin iyli olub, hündürlüyü 40-50 (70) sm-dir. Gövdəsində bir neçə şırım olmaqla, güclü budaqlanan, qollu-budaqlı, girintili-çıxıntılı və sıx yarpaqlıdır. Yarpaqları oturaq, növbəli, uzunluğu 4-5 (7) sm, iki lələkvari yarılmış olmaqla, xətti seqmentlidir. Çiçəkləri çoxsaylı və ya tək, iri, düzgün, beşüzvlü, ikiqat çiçək yatağına malik olmaqla, azacıq sarımtıldır. Erkəkciyi 15 ədəd olub, yuxarı yumurtalıqlıdır. Meyvələri şarşəkilli, qutucuğu 3-yuvalı və çox toxumludur. May-iyul ayında çiçəkləyir, iyundan avqust ayına qədər isə meyvələri yetişir.

Gilli və qumsal torpaqlarda, eyni dərəcədə yarımçöl, öndağlıq və 2800 m dəniz səviyyəsi hündürlüyü olan dağlarda yayılmışdır. Mədən sevən (ruderal), otlaq-alaq bitkisidir.

Yerüstü hissələri erkən yazda (aprelin ikinci yarısında), çiçəkləmə fazasında yalnız quru hava şəraitində toplanılmalıdır. Toplanılan bitkisi 8 sm-ə qədər kəsilərək 4-5 sm qalınlığında sərilməli və tez  bir zamanda qurudulmalıdır. Qurudulma günəş altında aparılır. Qurudulmya düzgün riayət edilməzsə, bitkinin qəbulu zamanı təngnəfəslik və baş ağrısı əmələ gəlir.

Bitkilərin, pöhrəliklərin normal bərpasını gözləməklə, 2 ildə 1 dəfə toplanılmalıdır. 

Xammal kimi gövdə, yarpaq, tumurcuq və çiçəkləri hesab olunur. Xammalı spesifik özünəxas iyli və təyin olunmayan dadlıdır. Quru yerdə saxlanılır. B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Bitkinin bütün orqanlarında akaloidlər xinazolin və indol törəmələri vardır. Butonizasiya zamanı xinazolin törəmələrinin xüsusilə, L-peqaninin miqdarı 1,5-3% olur. Çiçəkləmə və meyvəvermə vaxtı indol qrupundan olan akaloidlərdən harmin, harmalin daha çox toplanılır. Müxtəlif fazalarda bitkinin tərkibində müxtəlif qruplu maddələr toplanırlar. Akaloidlərdən başqa aşı maddələri, saponinlər və üzvi turşular vardır.

Dərman preparatları: Dezoksipeqanin hidroxloridin 1%-li məhlulu, 0,05 və 0,1q dozada həbi. Antixolinestraza dərmandır.

Antixolinestraza dərmandır. Skelet əzələlərin tonusunu və bağırsağın motor funksiyasını artırır.

Xinazolin qruplu alkaloid. Antixolinestraza aktivliyi göstərərək, sinir-əzələnin keçiricilik qabiliyyətini bərpa edir.

Dezoksipeqanin hidroxlorid, 1% məhlul, 0,05 və 0,1q dozada həbi. Antixolenesteraza dərmandır.

Adi üzərlik otundan antixolinestraza təsirli "Dezoksipeqanin hidroxlorid" dərmanı alınır. Periferik sinir sistemində baş verən müxtəlif xəstəliklərdə və beyin pozğunluqlarında işlədilir. Epilepsiya, mədə və onikibarmaq bağırsaq xorası, bronxial astma və hipertoniyada əks göstərişdir.

Üzərliyin kimyəvi tərkibi: 5,69% su, 17,75% kül, 18,05% sellüloz, 3,66% yağ, 24,13% protein, 30,72% azotsuz ekstrakt maddələrdən ibarətdir. Kserofitdir, səhra və dağ-bozqır bitkilik tiplərində rast gəlir. Əsasən quru yamaclarda, boş yerlərdə, yarımsəhrada, suvarılan və dəmyə torpaqlarda seyrək və qrup şəklində bitir. Bəzən cəngəlliklər əmələ gətirir. Alkaloid, piyli yağlar, saponin, flavonoid və steroidlərlə zəngindir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda adi üzərlik Xəzəryanı, Kür-Araz ovalıqları, Kür və Naxçıvan düzənliyi, Qobustan, Abşeron yarımadası, Böyük Qafqazın Quba massivi və Diabarda yayılmışdır. Arandan aşağı dağ qurşağına kimi (dəniz səviyyəsindən 900 m qədər).

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental, Hind və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən göz, dəri, bronxial astma, bağırsaq, revmatizm, malyariya, epilepsiya xəstəlikləri, həmçinin iflic, soyuqdəymə, allergiya, baş və diş ağrıları zamanı istifadə olunur. Antiseptik, antivirus, antihelmint, antioksidant, spazmolitik, sakitləşdirici, yuxugətirici, sidik və ödqovucu, tərlədici, ağrıkəsici, işlədici və tonusqaldırıcı təsirə malikdir. Zəhərli olduğu üçün daxilə qəbul edilərkən ehtiyatlı olmaq zəruridir. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü və toxumları istifadə edilir. Boyaq bitkisidir. İnsektisid xüsusiyyətlərə malikdir, həşəratlara qarşı istifadə olunur. Toxumları pambığa büküb mis qabda yandırdıqda baş ağrısını aparmaqla, xalq arasında bədnəzər və göz dəyməyə qarşı istifadə olunur.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 444.