Mahmudçala[1] — Muğan düzünün cənub şərqində bataqlıq göl. Son illər suyunun quruması nəticəsində Mahmudçala su-bataqlıq sisteminin sahəsi olduqca kiçilmişdir.
Mahmudçala gölü | |
---|---|
Ümumi məlumatlar | |
Tökülən çay | Bolqarçay |
Minerallaşma tipi | Şorsulu |
Yerləşməsi | |
39°30′ şm. e. 48°45′ ş. u. | |
Ölkə | Azərbaycan |
Yerləşməsi |
Masallı rayonu, Cəlilabad rayonu (Azərbaycan) |
|
1896-cı ildə Araz çayı daşıb Muğan düzünü basarkən Ağçala, Mahmudçala və Cavadçala gölləri yaranır. Hazırda Mahmudçala gölü bataqlığa çevrilmiş və öz növbəsində iki hissədən - Mahmudçala və Ağçala göllərindən ibarətdir. Əvvəllər göl Araz çayı daşan zaman dolurdu. İndi isə göl Muğanın suvarma kanallarınınn və Bolqarçayın artıq suları ilə qidalanır. 1965-ci ildə Bolqarçay üzərində su anbarının inşası ilə gölün sahəsi kifayət qədər azalır (praktiki olaraq Ağçala gölünün böyük hissəsi). Bundan sonra göllər sistemi əsasən kanallar vastəsi ilə qidalanır. Bundan sonra əsasən yay mövsümündə gölün sahəsi olduqca kiçilir. Bolqarçay üzərində olan su anbarı 15 il istifadədən sonra lillə dolur və çay suyu yenidən gölə axmağa başlayır. Gölün dibi əsasən lil təbəqəsindən ibarətdir. Ərazisinin böyük hissəsini su-bataqlıq bitkiləri örtür.
Göl dəniz səviyyəsindən 22 metr aşağıda yerləşir. Ümumi sahəsi 8000 ha-dır. Mahmudçala su-bataqlıq sisteminin ümumi sahəsi isə 23000 ha təşkil edir (Ağçala gölü ilə birlikdə.). Göl ətrafının iqlimi quru subtropikdir. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 29+35 °С, qışda isə +3+6,5 ° С təşkil edir. Yağıntılar əsasən yaz və payız aylarında düşür. Suyunun duzluğu 16-18 q/l təşkil deyir. Temperaturu isə yayda 22-29°С, qışda isə 4-7,5 °С olur.
Göldə yayılmış su-bataqlıq quşları: kiçik maygülü, kiçik qarabatdaq, böyük qarabatdaq, boz vağ, iri ağ vağ, kiçik ağ vağ, fısıldayan qu quşu, ala ördək, yaşılbaş ördək, fitçalan ördək, enlidimdik cürə, boz ördək, fitçi-marek, bizquyruq ördək, dalğıc, qırmızıbaş qaraördək, bataqlıq belibağlısı, berqut, şahin, adi qaşqaldaq, sultan toyuğu, qamış quşu, adi çökükburun, adi tənbəlcüllüt, ilbizcüllüt, qara ilbizcüllüt, adi caydaqcüllüt, göl qağayısı, gümüşü qağayı və s.