Adi hambuziya (lat. Gambusia affinis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin hambuziya cinsinə aid heyvan növü.
Adi hambuziya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Ranqsız: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi hambuziya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Ağzını yalnız çənələrarası sümüklər haşiyələyir. Üzgəcləri yumşaqdır. Yan xətti yoxdur. Kiçik ölçülü (30 sm-dək), kütləsi 3 q-a qədər olan sümüklü balıqlardır. Dişləri konus və ya qıl şəklindədir. Quyruq gövdəsinin alt kənarı girdələnmiş və burada pulcuqların orta sırası uzanmışdır. Bunların erkəklərində anal üzgəcin ön şüaları cinsi əlaqə üzvünə çevrilmişdir.
Cənubi Amerika şirin su diridoğan balığı əvvəlcə Avropada, sonra isə başqa regionlarda, o sıradan Azərbaycanda iqlimləşdirilmişdir. Qambuziyanı bizim su hövzələrində intensiv məskunlaşdırılması 1933–1934-cü illərə təsadüf edir. Hazırda o, cənubda Astaradan, şimal-şərqdə Xaçmaza qədər qeydə alınır. Lənkəran təbii vilayətinin düzənlik sularında, o sıradan Kiçik Qızılağac körfəzində və Böyük körfəzin şirinləşmiş hissəsində çoxsaylıdır.
Qida baxımından plastik balıq olsa da hərşeyyeyən deyil. Yazda balıq kürüsü və körpələri, yayda xərçəngkimilər, su böcəkləri, ikiqanadlıların sürfələri və pupları, xırda ikitaylı qarınayaqlı ilbizlər, qammaridlər və b., eləcə də bentik yemlə payızda xərçəngkimilər, xırda su cücüləri, üzərgərlər, taxtabitilər və b., qışda isə xərçəngkimilər, cücü sürfələri, ibtidailərlə qidalanır. 200-dən artıq temperaturda daha intensiv qidalanması müşahidə olunur.
Diridoğandır, çox sürətlə artır. Doğulmuş balalar özləri bir aydan sonra nəsil verir. Çoxalması apreldən noyabra qədər davam edir. Əlverişli şəraitdə bu müddət ərzində 7 dəfə nəsil verə bilir, çox dözümlüdür, 41,50 istilikdə, 20% və duzluqda yaşaya bilir.
Malyariya ağcaqanadının sürfə və puplarını məhv etdiyindən malyariya ilə mübarizə üçün iqlimləşdirlmişdir. İndi malyariya ilə bioloji mübarizədə ehtiyac olmadığından bu balıq bizim sularda zərərli hesab edilir, onun digər balıq körpəsi və kürüsünü yediyi bildirilir.[2]