Adi məryəmnoxudu

Adi məryəmnoxudu (lat. Teucrium chamaedrys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü.

Adi məryəmnoxudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillikdir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 10-45 sm, aşağısı oduncaqlı, sadə və ya az budaqlanan, yumşaqtüklü, cox vaxt qırmızımtıl olan bitkidir. Yarpaqları qısa saplaqlı, uzunsov yumurtavari və ya elliptik, qıraqları yarımdairəvari dişlidişli, üstdən əlvan yaşıl, altdan solğun, hər iki tərəfdən aztüklüdür. Köbələri 2-6 çiçəklidir, gövdənin və budaqların təpəsində birləşərək salxımvari çiçəkqrupu əmələ gətirir. Kasacığı zınqırovvari, qırmızımtıl, bəzən al qırmızı, bir qədər tüklüdür. Tacı 10–15 mm uzunluqda, fırfır rəngli, xaricdən sıx tüklüdür. Fındıqcaları 1,5 mm uzunluqda, hamar və ya azacıq qırışlıdır.

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Qayalı, daşlı, gilli yamaclarda, meşələrdə, kolluqlarda, dağ çəmənlərində, bağlarda bitir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Teucrium veronicifolium Salisb.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 565.