Adi pıtraq (lat. Xanthium strumarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pıtraq cinsinə aid bitki növü.
Adi pıtraq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Adi pıtraq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 20–60 sm olan qısa xovlu-tüklü birillik bitkidir. Gövdəsi budaqlıdır. Yarpaqları uzun saplaqlı, enli yumurtavari, üçdilimli, azacıq ürəkvaridir, qıraqları qeyri-bərabər diş-dişli, altdan bir qədər solğundur. Səbətləri sünbül şəklində yarpaq qoltuğunda yığılmışlar. Dişi səbətlərin meyvəyanı sarğısı 10–15 mm uzunluqda, elliptik, bozumtul-yaşıl rəngdə, tüklücədir, ucunda iki haçalanan tikan olan qopartikanla örtülmüşdür. İyun-avqust aylarında çiçəkləyir, avqustoktyabr aylarında meyvə verir.
Adi pıtraq boreal coğrafi tipinin avropa sinfinin aralıq dənizi-avropa qrupuna aiddir. Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələri, Şimali Amerika, İran, Əfqanıstan, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi pıtraq Böyük Qafqazın Quba massivi, Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Alazan-Əyriçay vadisi və Lənkəranın dağlıq hissəsində arandan aşağı dağ qurşağına kimi (dəniz səviyyəsindən 800 (900) m qədər) bitir. Ekoloji qrup və bitdiyi yerlər. Kseromezofitdir, meşə-kol və alaq bitkilik tiplərində rast gəlir. Alaq bitkisi kimi əkinlərdə, bostanlarda, dəniz sahilində qumsallıqlarda, baxımsız (zibillik) olan yerlərdə, yol kənarlarında, meşələrdə, kolluqlarda və çaqıl daşlıqlarda kiçik (3–7 fərd) qruplar əmələ gətirir.
Flavonoid, efir və piyli yağlar, alkaloid, C və B1 vitaminləri, aşı və acı maddələri, steroid, saponin, fenol-karbon turşuları və seskviterpenoidlərlə zəngindir.
Eksperimental və ya klinik olaraq Çin, Koreya, Hind və xalq təbabətində, homeopatiya və farmakoligiyada, eləcə də baytarlıqda tətbiq edilir. Əsasən qaraciyər, sidik kisəsi, kolit, dizenteriya, bəd xassəli şişlər, bronxial astma, astsit, artrit, allergiya, göz, skrofulyoz, dəri, sarılıq, babasil və zob xəstəliklərində, kəskin respirator infeksiyalar, ishal, soyuq dəymə və əqrəbvurma zamanı istifadə olunur. Ağrıkəsici, tərlədici, sakitləşdirici, yarasağaldıcı, büzüşdürücü, hərarəti salan, antihelmint, antiseptik, antibakterial və fungisid təsirə malikdir.
Zəhərli bitki olduğuna görə həkim məsləhəti ilə istifadə olunmalıdır. Hamiləlik dövründə istifadə etmək olmaz.
Müalıcə məqsədilə bitkinin yerüstü hissəsi, yarpaqları, meyvələri və kökləri istifadə edilir.
Dəmləmə, cövhər və şirəsi.
Vitaminli, bal verən və boyaq bitkisidir.