Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis)[2] - qladiolus cinsinə aid bitki növü.
Adi qladiolus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Adi qladiolus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir.
Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır.
İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir.
Qutucuq oval-ellipsşəkillidir. Toxumları qanadlıdır. İyun-İyul aylarında meyvə verir
BQ (Quba), Naxçıvan, dağ., İsmayıllı rayonu, yuxarı və orta dağ qurşağında (2200 m. d.s.y.)
Çəmənliklərdə rast gəlinir.