Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü.
Adi zəfəran | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi zəfəran |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur.
Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır. Bunların arasında ən bahalısı ispanlara məxsus olan növdür və onun qiyməti 1000 dollar sayılır. Çünki bu ədviyyatın hazırlanması qaydası olduqca çətindir və uzun bir prosesdir. Bu bitkinin çiçəklərini üç gün ərzində yığmaq lazımdır, çünki zəfəran elə bir bitkidir ki, onun çiçəyi yalnız şəfəq saçanda açılır. Bu çiçəklər isə yalnız üç sutka müddətində qalır, daha sonrakı günlərdə artıq ondan zəfəran hazırlamaq mümkün olmur. Belə əziyyətdən sonra ən uzağı 100 000 çiçək yığmaq ehtimalınız vardır, bu isə hazırlanma nəticəsində 1 kq zəfəran edir. Məhz buna görə də həmin bitki artıq bütün dünyada "qırmızı qızıl" adlandırılır. Əlbəttə bütün bunların tərkibinə onun rəngi, dadı, eyni zamanda qiyməti də əlavə edilir.