Adiantum affine

Zöhrətüklü adiant (lat. Adiantum capillus-veneris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin adiant cinsinə aid bitki növü.

Zöhrətüklü adiant
Elmi təsnifat
Aləm:
Sinif:
Yarımsinif:
Yarımdəstə:
Yarımfəsilə:
Cins:
Növ:
Zöhrətüklü adiant
Beynəlxalq elmi adı

Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xeyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu keçəlləşmədə və yeni saçın çıxması üçün kömək edir. Adiantın qurumuş "saçı"nın həlimi ishala qarşı xeyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə edir, həşəratlar dişləyərkən xeyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa kompres qoymaq və məlhəm sürtmək baş ağrısına xeyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur. Adiantın həlimi astmada, ürək döyüntüsü, sinədə ağrılarda, sarılıqda, daşlarda və doğuşdan sonrakı qanaxmada xeyirlidir. Həddindən artıq qəbul etdikdə dalağa ziyan gətirir, bunu mastika ağacının kitrəsi tarazlaşdırır. Təzə yarpağları daxilə qəbul etdikdə onun dozası – 21 q. qədər, həlimi 60 q. qədərdir. Ciyər xəstəliyində onu eyni çəkidə ətirli bənövşə və onun yarası qədər biyan kökü əvəz edir.

Bu bitki haqda Əbu Reyhan Biruninin "Kitabüs-saydana fit-tibb" (tibdə farmakoqnoziya) əsərində məlumat verilir. Məhəmməd Mömində verilən anoloji məlumatlar İbn Sinanın "Qanun" kitabının II cildində də göstərilir. Orta əsr ərəb alimi İbn Məsaveyh təsdiq edirdi ki, adiantdan düzəldilən dava-dərman mədəni yumşaldır. "Baldırıqara" və "pərsiyavuşan" adları altında adiant orta əsrə aid türkdilli tibb kitabı olan "Tibbnamə"də yada salınır.

Şimali Amerikada adiant növlərindən birini təravətləndirmək, bəlğəm gətirmək və həyat tonusunu qaldırmaq üçün istifadə edirlər. Onun iki başqa növü Hindistan və Seylonun ənənəvi təbabətində qədimdən istifadə edilir. Onların yarpağlarını şəkərli diabet, öskürək və qızdırma zamanı istifadə edirlər. Xaricdən isə onu dəri xəstəliklərində işlədirlər. Yarpağlarının həlimindən isitmə zamanı qəbul edirlər. Xaricdən qızıl yel xəstəliyinə qarşı istifadə edirdilər. Bitki dizenteriyada, qan xəstəliklərində, xora və ürək getmədə istifadə edilir. Müasir Azərbaycan xalq təbabətində adiantın yarpaq və köklərinin sulu həlimi qəndlə bəlğəm gətirici, öskürəyə qarşı, işlətmə və sidikqovucu vasitə kimi qəbul edilir. Qadınlar saçlarına parıltı vermək üçün bu bitkinin həlimindən istifadə edirlər.

Müasir tibbdə adiant geniş tətbiq olunmur. Onun kimyəvi quruluşu hələ də yaxşı öyrənilməyib.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Adiantum coriandrifolium Lam.
  • Adiantum fontanum Salisb.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Adiantum affine Willd.
  • Adiantum africanum R.Br.
  • Adiantum capillaceum Dulac
  • Adiantum capillus Sw.
  • Adiantum capillus-veneris f. cristatum Moxley
  • Adiantum capillus-veneris var. daphnites W.Bull
  • Adiantum capillus-veneris var. fissum Christ
  • Adiantum capillus-veneris f. fissum (Christ) Ching
  • Adiantum capillus-veneris var. grande Pynaert
  • Adiantum capillus-veneris var. imbricatum Pynaert
  • Adiantum capillus-veneris var. kenyense Chiov.
  • Adiantum capillus-veneris var. laciniatum Christ ex Tardieu & C.Chr.
  • Adiantum capillus-veneris f. lanyuanum W.C.Shieh
  • Adiantum capillus-veneris var. magnificum W.Bull
  • Adiantum capillus-veneris var. modestum (Underw.) Fernald
  • Adiantum capillus-veneris var. polyhymnia Lowe
  • Adiantum capillus-veneris var. protrusum Fernald
  • Adiantum capillus-veneris f. rimicola (Sloss.) Fernald
  • Adiantum capillus-veneris var. trifidum (Willd. ex Bolle) Milde
  • Adiantum capillus-veneris subsp. trifidum (Willd. ex Bolle) Rivas Mart., Lousã, J.C.Costa & Maria C.Duarte
  • Adiantum cuneifolium Stokes
  • Adiantum diaphanum var. affine (Willd.) Alderw.
  • Adiantum emarginatum Bory ex Willd.
  • Adiantum formosum J.Rémy ex Gay
  • Adiantum fumarioides Willd.
  • Adiantum lingii Ching
  • Adiantum maderense Lowe
  • Adiantum marginatum Schrad.
  • Adiantum michelii Christ
  • Adiantum modestum Underw.
  • Adiantum moritzianum Link
  • Adiantum paradiseae Baker
  • Adiantum pseudocapillus Fée
  • Adiantum remyanum Espinosa
  • Adiantum repandum Tausch
  • Adiantum rimicola Sloss.
  • Adiantum schaffneri E.Fourn.
  • Adiantum subemarginatum Christ
  • Adiantum trifidum Willd. ex Bolle
  • Adiantum visianii Schloss. & Vuk.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1096.