Adil Şıxəliyev

Adil Həmdulla oğlu Şıxəliyev (12 aprel 1946, Quba) — Azərbaycanın qobelençi rəssamı,[1] Azərbaycan Respublikasının əməkdar rəssamı (2021).

Adil Şıxəliyev
Doğum tarixi 12 aprel 1946(1946-04-12) (78 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam
Təhsili Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2021

Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel, 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[2] O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam "Fəryad", "Odlar yurdu", "Səhər nəğməsi" qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, TürkiyəAzərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  2. Mədəniyyət TV. "Azərbaycan qlobelen sənətində Adil Şıxəliyev imzası" (az.). Youtube.com. 01.02.2024. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
  3. "Arxivlənmiş surət". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.
  4. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.