Adil Rüstəm oğlu Əliyev — AMEA Zoologiya İnstitutu, Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru.
Adil Əliyev | |
---|---|
Adil Rüstəm oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Sədərək, Şərur rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | zoologiya |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | aparıcı elmi işçi |
İş yeri | AMEA |
Təhsili | |
Mükafatları | AMEA-nın fəxri fərmanı |
Adil Rüstəm oğlu Əliyev 1939-cu ildə Şərur rayonunun Sədərək kəndində anadan olmuşdur. Atası, Hətəmov Rüstəm Əli oğlu kolxozçu olmuş, Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çalışmış və 1944-cü ildə vəfat etmişdir. Anası, Hətəmova Balaqız K.Məmməd qızı evdar qadın olub. Adil Əliyev 1957-ci ildə Sədərək orta məktəbini bitirmişdir. 1959–1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1967–1968-ci illərdə Bakı Dövlət Universitetində çalışmışdır. 1968–1971-ci illərdə AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aspirantı olmuş və 1971-ci ildə "Ceyranbatan su anbarının bentik faunası" mövzusunda, Bakı şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildə hidrobiologiya laboratoriyasında baş laborant, 1972–1974-cü illərdə kiçik elmi işçi, 1974–1995-ci illərdə baş elmi işçi, 1995–2005-ci illərdə aparıcı elmi işçivəzifəsində çalışmışdır. 2005-ci ilin iyun ayından Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsində işləyir.
Adil Əliyev İnstitutda işlədiyi müddət ərzində Azərbaycan SSR EA-nın və SSRİ EA-nın proqramlarına mənsub olan bir sıra elmi-tədqiqat mövzülarının yerimnə yetirilməsində iştirak etmişdir. Onlardan "Xanbulançay su anbarının və Ağgöl gölünün hidrobioloji rejimi" (70-ci illər), "Şəki – Zaqatala zonasının su tutarlarının hidrofaunasının kompleks tədqiqi" (80-ci illər), "Gəncə — Qazax zonasının və Abşeron yarımadasının su tutarlarının hidrofaunasının tədqiqi" (80-cı illər), "Şəmkir su anbarının (1980 – 1985) və Yenikənd su anbarının (2000–2005) hidrobioloji rejimi", "Araz çayının üzərində tikilməsi planlaşdırılan Xudafərin və Qız qalası su anbarlarının yerləşəcəyi ərazilərdə Araz çayının hidrobioloji rejimi" (1985 – 1990, təsərrüfat hesablı), "Quba – Xaçmaz zonasının su tutarlarının hidrobioloji rejimi" (2006 – 2010), "Orta Kür çayının Azərbaycan hissəsində su tutarlarının hidrobioloji rejimi" (2010 – 2013), "Aşağı Kür çayının hidrobioloji rejimi" (2013 – 2016) və "Abşeron yarımadasının duzlu və hiperqalin göllərində Artemia xərçənginin yayılması, ehtiyatı və səmərəli istifadə olunaması yolları" (2013 – 2016) mövzularındaelmi tədqiqat işlərinin məsul icraçısı və rəhbəri olmuşdur.[1] A.R. Əliyev şirinsu faunasının tədqiqi üzrə tam formalaşmış, yaxın və uzaq ölkələrdə tanınmış ali dərəcəli hidrobioloqdur. Onun rəhbərliyi altında aparılan kompleks hidrobioloji tədqiqatlarda həm su tutarlarında formalaşmış hidrobiontların müasir növ tərkibi üzə çıxarılmış, həm də tədqiq olunan su tutarlarının balıqçılıq istiqamətində istifadə olunması yolları müəyyən edilmişdir. Bununla yanaşı A.R.Əliyev tərəfindən elm üçün yeni olan 30-dan çox infuzor növləri aşkarlanaraq təsvir olunmuşdur. O, həmçinin duzlu və hiperqalin göllərdə formalaşmış balıq və akvakultura obyektlərinin "start" yemi hesab olunan Artemia xərçənginin yayılmasını və miqdarını müəyyən etmiş və bu xərçəngin "biokütlə"sindən və "sista"larından (yumurtalarından) bizim şəraitdə də akvakulturada istifadə olunmasının mümkünlüyünü müəyyən etmişdir. A.R.Əliyev Azərbaycanın müxtəlif su hövzələrinin hidrofaunasının tədqiqinə həsr edilmiş 200-də çox elmi əsərin müəllifidir. O, həmçinin bir sıra su hövzələrinin faunalarının biomüxtəlifliyini və inkişaf dinamikasını özündə əks etdirən 4 toplunun, Universitet tələbələri üçün bir dərsliyin, həmçinin bir sıra tədris metodik göstərişləri və proqramların, 3 bioloji terminlər lüğətinin, bir "Bioloji tövsiyyələr" kitabının həmmüəllifi və elmi redaktoru olub. Onun elmi və pedaqoji kadrların yetişdirilməsində xüsusi də xidmətləri var. Hazırda onun rəhbərliyi altında 3 aspirant müdafiə etmiş, 3 dissertant isə fəlsəfə doktoru dissertasiyaları üzərində çalışırlar. A.R.Əliyev Respublikamızda və digər ölkələrdə keçirilən elmi konfranslarda, qurultay və simpoziumlarda dəfələrlə çıxış etmişdir və edir. Zoologiya elminin təbliğində və su hövzələrinin çirklənməsinin qarşısının alınmasında fəal iştirak etmişdir. Elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsinə görə İnstitut rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Hazırda İnstitut Veteranlar Şurasının sədridir.