Adil Osmanov (2 iyul 2000[1], Moskva[2]) — Azərbaycan əsilli Moldova cüdoçusu, Moldova cüdo komandasının üzvü, 2024-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Böyük Dəbilqə turnirinin (2024), Qran Prinin (2024) və Avropa kubokunun qalibi (2021).
Adil Osmanov | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Adil Osmanov | ||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||
Doğum tarixi | 2 iyul 2000[1] (24 yaş) | ||||||||||||||||
Doğum yeri | |||||||||||||||||
Boyu | 173 sm[3] | ||||||||||||||||
İdman növü | cüdo | ||||||||||||||||
Ağırlıq dərəcəsi | 73 | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
30.07.2024 tarixində yenilənib. | |||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Adil Osmanov 2 iyul 2000-ci ildə Moskvada azərbaycanlı-moldovan ailəsində anadan olub. Atası Azərbaycandan (Xaçmaz rayonundan), anası isə Moldovadandır. Osmanovun Bakıda və Xaçmazda yaşayan qohumları var.[4][5]
Adil Osmanov 2017-ci ildə Moskvadan Kişinyova köçüb. O dövrdən Moldovanı təmsil etməyə başlayıb.[6]
2018-ci ilin avqustunda o, gənclər arasında Avropa kubokunun qalibi olub. 2019-cu ilin avqustunda yeniyetmələr arasında Avropa kubokunun gümüş mükafatını qazanıb. Həmin ilin sentyabrında yeniyetmələrin Avropa çempionatında ikinci yeri tutub.
2021-ci ilin oktyabrında böyüklər arasında Avropa kubokunun qalibi olub.[7] 2021-ci ilin noyabrında Budapeştdə və 2022-ci ilin oktyabrında Sarayevoda Osmanov 23 yaşa qədər cüdo üzrə Avropa çempionatında üçüncü yeri tutub.[8]
O, 2023-cü ildə Varşavada keçirilən Avropa Açıq çempionatında gümüş medal əldə edib.[9]
2023-cü ilin mayında Osmanov Linsdə keçirilən Qran Pridə bürünc medal qazanıb.[10] 2024-cü ilin martında o, finalda azərbaycanlı Rəşid Məmmədəliyevə qalib gələrək Linsdə Qran Prinin qalibi olub.[11][12] Ayın sonunda Osmanov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksələ bilib və burada yenə Məmmədəliyevi məğlub edib və turnirin qızıl medalını qazanıb.[13] Bu, Osmanov üçün Böyük Dəbilqə yarışlarında ilk qızıl medal idi və Qran Pridəki ilk qızıl medalından bir neçə həftə sonra əldə edildi.[14]
2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Adil üçüncü yer uğrunda mübarizədə italyan idmançı Manuel Lombardonu məğlub edərək bürünc medal qazanıb.[15]
Adil Osmanov Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvüdür. Müxtəlif məsələlərdə azərbaycanlılara köməklik göstərir, Novruz bayramı kimi Azərbaycanın mədəni ənənələri ilə bağlı tədbirlər keçirir.[16]