Adil Tatarov

Adil Əli oğlu Tatarov (28 yanvar 1999, Qıraq Kəsəmən, Ağstafa rayonu20 may 2018, Günnüt, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Günnüt döyüşlərinin şəhidi.

Adil Tatarov
Adil Əli oğlu Tatarov
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar 1999(1999-01-28)
Doğum yeri
Vəfat tarixi 20 may 2018(2018-05-20) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Əli Tatarov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2017—2018
Rütbəsi Əsgər
Döyüşlər Günnüt əməliyyatı
Təltifləri "Şücaətə görə" medalı — 2018 "Vətən uğrunda" medalı — 2018

Həyatı[redaktə | mənbəni redaktə et]

Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş və Qıraq Kəsəmən kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olmuşdur.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Orta təhsilini aldıqdan sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdır. Adil Tatarov da 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etmişdi. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, QızılqayaQaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Adil Tatarov 20 may 2020-ci ildə Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.[2]

Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22.05.2018 tarixli əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.[3]

Adil Tatarov Azərbaycan Prezidenti İlham Əliyevin 29.05.2018 tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. sputnik.az. "Evə qayıtmasına iki ay qalmış, şəhid oldu" (az.). İlham Mustafa. 22:44 20.05.2018. 06.06.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  2. ordu.az. "Adil Əli oğlu Tatarov xüsusi qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı" (az.). Cümşüd Məmmədov. 21 May 2018. 2018-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  3. agstafa-ih.gov.az. "Şəhid Adil Əli oğlu Tatarov "Şücaətə görə" medalı ilə təltif olunub" (az.). 2018-05-22. 2018-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  4. 1 2 turkustan.info. "Prezidentdən Zakir Həsənovla bağlı – SƏRƏNCAM" (az.). 29 İyun 2018 20:53. 2018-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  5. agstafa-ih.gov.az. "Şəhid Adil Əli oğlu Tatarov "Şücaətə görə" medalı ilə təltif olunub" (az.). 2018-05-22. 2018-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.