Günnüt (digər tarixi adı Günnüt Cəfərli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Kənd Naxçıvan-Sədərək magistrial yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən 22 km uzaqlıqda, Şərur düzənliyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir. Buna görə də, kənd əhalisi Mahmudkəndə köçmüşdür.
Günnüt | |
---|---|
39°46′27″ şm. e. 45°02′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0230[1] |
2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində kəndin ətrafındakı erməni mövqeləri məhv edilmiş və kəndə nəzarət tam olaraq Azərbaycan Ordusunun əlinə keçmişdir.[2]
Kəndin keçmiş adı Günnüt Cəfərli olmuşdur. Yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü "çəmən, düzən", günnük sözünün təhrif forması kimi "gün vuran yer", "güzdək, son bahar yaşıllığı, payız otlağı" mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar.[3]
Həmçinin Günnüt kəndinin adı etimoloji cəhətdən yaxınlıqda yerləşən Xunut dağının (Kömürlüdağ) adıyla bağlı ola, habelə onunla eyni kökə malik ola bilər.
1992-ci ildə kənd Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra kənd əhalisi Naxçıvan rayonunun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur olub.[4] 2009-cu ildə keçirilən əhali siyahıyaalınmasına əsasən kəndin əhalisi 0 nəfərdir.[5]