Qızılqaya dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısındakı Yağargədik (2049,8 m) yüksəkliyindən cənub-şərqə ayrılan eyniadlı şaxədə, Arpaçayın sağ qolları Zərnədərə və Payadərə çaylarının suayrıcında dağ (hünd. 1683,0 m). Üst Permin Kuberqandı və Murqab (alt hissəsi) regiomərtəbələrinə aid eyniadlı lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının şimal sentriklinalında yerləşir. Şimal-şərq yamacından keçən Ağsal-Qızılqaya dərinlik qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşırın Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli əks-fay qırılma pozulması keçir.[1]
Qızılqaya dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1683,0 m |
Yerləşməsi | |
39°44′04″ şm. e. 45°06′37″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Lakin 2018-ci ilin may ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində dağ tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keşmişdir[2].