Adipinn turşusu (heksadikarbon turşusu) – ikiəsaslı doymuş karbon turşusudur. Karbon turşularına xas olan bütün kimyəvi xüsusiyyətlərə malikdir. Suda həll olan duzlar əmələ gətirir.
Adipin turşusu | |
---|---|
Fayl:File:Adipic acid 200.svg | |
Molekulyar modelin şəkli | |
Ümumi | |
Kimyəvi formulu | C₆H₁₀O₄[1] |
Molyar kütlə | 146,14 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,36 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 153 °S |
Qaynama nöqtəsi | 265 (при 100 мм рт. ст.) °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 124-04-9 |
PubChem | 196, 22494954 |
RTECS | AU8400000 |
ChEBI | 30832 |
ChemSpider | 191 |
Mono və diefirlərə asanlıqla eterefikasiya olunur. Qlikollarla poliefirlər əmələ gətirir. Adipin turşusunun duzları adipinatlar adlanır. NH3 və aminlərlə qarşılıqlı təsirdə olduqda amonium duzları əmələ gətirir, dehidratlaşdıqda adipamidlərə çevrilir. Diaminlərlə poliamidlər, ammonyakla katalizator iştirakı ilə 500–600 °C – də adipodinitril əmələ gətirir.
Sənayedə adipin turşusu, əsasən sikloheksanın iki mərhələli oksidləşməsi ilə əldə edilir. Birinci mərhələdə (142–145 °C və 0.7 MPa hava ilə maye fazalı oksidləşmə) sikloheksanon və sikloheksanol qarışığı əldə edilir: bu da rektifikasiya ilə ayrılır.
Sikloheksonon kaprolaktam istehsalı üçün istifadə olunur. Sikloheksanol 55 °C-də 40–60% HNO3 ilə oksidləşir (katalizator – NH4VO3); bu istehsal metodu ilə adipin turşusunun çıxımı ~% 95-dir.
.
Adipin turşusu istehsalı üçün perspektivli metod butadienin hidrokarboniləşməsidir.
Adipin turşusu kükürd turşusu iştirakı ilə sikloheksanol və ya sikloheksanonu xrom (VI) oksid, kalium dixromat və ya natrium dixromatla oksidləşdirərək yaxşı məhsuldarlıqla alına bilər:
.
300–320 °C-də dekarboksilləşir. Yanma entalpiyası (ΔH0 yanma) −2800 kJ / mol-dur.
Adipin turşusu poliheksametilenadipinamid və onun efirləri, poliuretanlar üçün xammaldır. Qida məhsullarına turş dad vermək üçün (xüsusən də alkoqolsuz içkilər istehsalında) E355 qida əlavəsidir.