Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
Admiralti adası | |
---|---|
ing. Admiralty Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 4264 km² |
Uzunluğu |
|
Eni | 56.327,04 m |
Hündür nöqtəsi | 1417[1] |
Əhalisi | 650 nəfər (2000-ci il) |
Yerləşməsi | |
57°40′ şm. e. 134°20′ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür.
Adanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır. Suitilər, dəniz donuzları və dəniz şirləri sahil sularında yaşayır, donqar balinalar tez-tez adanın ən böyük körfəzi olan Simor-Kanalına girir. Burada çoxlu qızılbalıq vardır[2].
Ayı və qar keçiləri üçün mütəşəkkil ov aparılır[3].
Ada səyyah Corc Vankuver tərəfindən xidmət etdiyi Britaniya Admirallığının şərəfinə adlandırılmışdır. İlk dəfə "Discovei" gəmisinin kapitanı Cozef Uidbi tərəfindən 1794-cü ilin iyul-avqust aylarında Vankuver Ekspedisiyası zamanı kəşf edilmişdir.
Əhalisi adada min ildən artıq yaşamış tlinqitlər. Ən böyük yaşayış məntəqəsi Anqundur.
1989-cu ildən adada böyük bir gümüş mədəni fəaliyyət göstərir, qızıl, sink və qurğuşun da kiçik həcm də olsa belə hasil edilir.
Point Retreat mayakı adanın şimal hissəsində 1904-cü ildən fəaliyyət göstərir[4].