Adolf Berje (rus. Адольф Петрович Берже; 28 iyul (9 avqust) 1828, Sankt-Peterburq – 31 yanvar (12 fevral) 1886, Tiflis) — Rusiya İmperiyası bürokratı, şərqşünası və qafqazşünası, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri (1864–1886).
Adolf Berje | |
---|---|
rus. Адольф Петрович Берже | |
| |
Doğum tarixi | 28 iyul (9 avqust) 1828 |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar (12 fevral) 1886 (57 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | alman |
Elm sahələri | şərqşünaslıq, qafqazşünaslıq, Arxeoqrafiya |
Alma-mater | Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsi |
Təhsili |
|
Tanınır | Qafqaz Arxeoqrafiya Komissiyasının sədri, QAK aktlarının redaktoru və tərtibatçısı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Sankt-Peterburq şəhərində dünyaya gələn Adolf Berjenin atası fransız, anası isə alman idi.[1]
Adolf Berje Qafqaz və Şərq tarixinə, arxeologiya, etnoqrafiya və ədəbiyyatına dair əsərlərin müəllifidir. 12 cildlik "Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nın 11 cildi onun redaktəsi ilə çıxmışdır. Azərbaycan dilini bilmiş, XVIII–XIX əsrlər Azərbaycan şairlərinin əsərlərindən nümunələr əsasında tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabını Leypsiqdə almanca müqəddimə ilə nəşr etdirmişdir (1868). "Azərbaycan dilində nəğmələr məcmuəsi" də (əlyazması) tərtib etmişdir. "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi var. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ni rus dilinə çevirmiş və müqəddimə ilə "Kavkaz" qəzetində dərc etdirmişdir. Mirzə Fətəli Axundovla dost olmuşdur. M. F. Axundov Azərbaycan şairlərinin şeirlər məcmuəsinin hazırlanmasında Berjeyə, o isə "Kəmalüddövlə məktubları"nın rus dilinə tərcüməsində M. F. Axundova kömək etmişdir.[2]