Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu)
Bahar xoruzgülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Bahar xoruzgülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər. Gövdənin yuxarı hissəsindəki meyvələri tor qişadan ibarətdir. Yetişmiş meyvələri qonur və ya sarımtıl-yaşıl rəngli, yüngül olub, ətrafa səpələnəndir. Yazda çiçəkləyir. Çiçəkləmə zamanı bitkinin gövdə və yarpaqları inkişaf etdikcə, yan budaqları getdikcə saralaraq quruyur.
İşıqlı enliyarpaq meşələrdə, talalarda, kolluqlarda, dərə və dağlıq yerlərdə, çəmənliklərdə, çöllük ərazilərdə yaşayır.
Xammalı çiçəkləmə fazasının sonunda və meyvələri yetişən zaman toplanılır. Gövdəsi yuxarıdan qəhvəyi pulcuqları olan yerdən (5-10 sm yuxarı hissədən) oraq, bıçaq və digər vasitələrlə kəsilir. Gövdələr səbir və təmkinlə kəsilməlidir. Bitkinin toplanıldığı ərazilərdən məhsulun təkrar toplanılması 4 ildən bir aparıla bilər. Xammalın qurudulması sürlətli olmaqla, 55-60оС temperaturda aparılmalıdır. Quru yerdə saxlanılmaqla, işıqdan mühafizə edilməli, temperatur 15ºС-də rütubət 30-50%-dən yüksək olmamaqla, B siyahısında saxlanılır. Tərkibindəki bioloji aktiv maddələr hər il yoxlanılmalıdır. Çiçəklərini tədarük edən zaman çiçəkqrupları və çiçəkləri fırça ilə birlikdə 3 sm ölçüdə kəsilir. Düzgün istismar üçün toplandıqdan 3-4 ildən sonra təkrar toplamaq lazımdır. Qurudulma zamanı xammalın bioloji aktivliyi azalır. Xammal nazik qatlı kəsilməli (1sm), işlənməli, daha xirdalanmanın qarşısı alınmalıdır. Xammalın qurudulması 55-60оС temperaturda aparılmalıdır.[2]
Bitkinin tərkibində 0,6-0,7% 20 qədər ürək qlükozidləri - başlıca olaraq konvallotoksin, konvallozid, konvallazid təşkil edir. Bundan başqa çiçəklərin tərkibində digər ürək qlükozidləri olan farnezol və likopin, flavonoidlər və kumarin vardır. Bitkinin bütün orqanlarında ürək qlükozidləri vardır.
Kardiotonik dərmandır. Yerüstü hissələri və çiçəkləri zəhərlidir! Tərkibi saponinlər (5-10%), efir yağı, flavonoidlər, silikat turşusu, aşı maddələr və fenol qlükozidlərindən (primulaverozid və primverozid) ibarətdir.
Bitkinin cövhəri apteklərdə hazırlanır. Bextereyev miksturasının tərkibinə daxildir. Kardiotonik dərmandır.
Bitkinin ekstraktı, həb və dəmləməsi işlədilir. Kardiotonik dərmandır.
Adonizid damcısı (təmizlənmiş ekstrakt). Kardiotonik dərmandır.
Adonizid quru həb 0,00075q (təmizlənmiş ekstrakt). Kardiotonik dərmandır.
Adonis-brom həb, (ekstrakt komponenti). Kardiotonik və sedativ dərmandır.
Adonizid kompleks preparat (Kardioviolen – inciçiçəyi, valerian və adonizid)
Tərkibi çoxlu miqdarda askorbin turşusundan ibarət olduğu üçün yazda salat kimi qəbul edilir. Qurumuş bitkisindən qripp, angina, bronxit, pollinoz və rinosinusitlərin müalicəsində istifadə edilir. Bahar xoruzgülünün zəif sedativ və yuxugətirici xüsusiyyətinə görə miqren, nevroz və zəiflik hallarında istifadə edilir. Kökləri yaxşı öskürəkkəsici maddədir. Tərkibindəki saponinlər xüsusən quru öskürəyi kəsmək üçün çox faydalıdır. Ürək döyünməni azaldaraq ürək və ağciyərin qanla təchizini yaxşılaşdırır. Tərkibinə bu bitkidən başqa əməköməci daxil etdikdə soyuqdəymə və öskürək hallarında işlətmək məqsədəuyğun sayılır. Ürək qan dövranını təchizini yaxşılaşdırır və ürəkdöyünməni azaldır. Qalxanabənzər vəzinin hiperfunksiyasını normallaşdırır. Böyrək və sidik yollarının daş və qumlarını (konkriment) təmizləyir. Gündə 2-3 dəfə hər dəfə 5-10 damcı, güclü tutmalarda isə 20 damcı qəbul etmək olar. Yüksək dozada və ya uzun müddət qəbulu təngnəfəslik və qusma verir. Qalen preparatlarına daxildir.
2 çay qaşığı 250,0 qaynanmış suda 10 dəqiqə həll edərək isti halda bal ilə qəbul etmək lazımdır. 2-3 xörək qaşığı bitkini 0,5 l qaynar suda dəmləyərək (termosda), içmək lazımdır (sutqalıq doza).
Xalq təbabətində miqren, nevralgiya, podaqra, revmatizmdə işlədilir.[3]
Əks göstəriş - Yoxdur.