Adrenalin 2: Yüksək gərginlik (ing. Crank: High Voltage) — 8 may 2009-cu ildə yayımlanan, baş rollarında Ceyson Steytem və Emi Smartın oynadığı, rejissoru və ssenaristi isə Mark Neveldayn və Brayan Teylor olan döyüş filmidir.
Adrenalin 2: Yüksək gərginlik | |
---|---|
ing. Crank: High Voltage | |
Janr | döyüş filmi, cinayət filmi, triller filmi |
Rejissorlar |
Mark Neveldain Brayan Teylor |
Prodüserlər |
Maykl Devis Tom Rosenberq Maykl Ohoven Qeri Luçesi Devid Rubin Skip Vilyamson Riçard S. Vrayt Erik Rayd |
Ssenari müəllifləri |
Mark Neveldain Brayan Teylor |
Baş rollarda |
|
Bəstəkar | Mayk Patton |
İstehsalçılar | Lionsgate |
Distribütor | Lionsgate, Netflix |
İlk baxış tarixi | 16 aprel 2009[4], 2009 |
Müddət | 96 dəq. |
Büdcə | $20 milyon[1] |
Gəlir | $34,560,577.[2] |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Adrenalin (film, 2006) |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID1121931 |
İlk filmin bitdiyi yerdən davam edən "Adrenalin 2" Çevin Los-Anceles küçələrində ölümcül tullanışdan xilas olması və daha sonra məxfi bir Çin mafiyası tərəfindən qaçırılması ilə başlayır. Üç aydan sonra isə Çev gözlərini açır və bu zaman məlum olur ki, onun demək olar ki, ölümsüz olan ürəyi cərrahi yolla çıxarılmış və onun yerinə isə işləməsi üçün müntəzəm olaraq elektrik qüvvəsinə ehtiyacı olan batareya ilə işləyən cihaz yerləşdirilmişdir. Onu əsir saxlayanlardan təhlükəli bir formada qaçmağı bacaran Çev yenidən problemlərin içinə düşür. Bu dəfə isə o, xarizmatik meksikalı quldur dəstəsinin lideri olan El Hurondan və əslən Çindən olan bir cinayət təşkilatının rəhbəri 100 yaşlı Poon Donqdan qaçır. Tibbi yardım üçün yenidən Doktor Maylza müraciət edən Çev bu dəfə isə dostu Kaylonun əkiz qardaşı olan Veneradan da dəstək alır. Artıq nə etdiyini bilən sevgilisi Yevaya qovuşan Çev əsl ürəyini tapmaq və onu oğurlayanlardan qisas almaq qərarına gəlir. Beləliklə, o, sağ qalmaq üçün hər şeyin edilə biləcəyi Los-Anceles şəhərində yenidən maraqlı macəralara başlayır. Filmin axırında isə elektrik dirəklərindən dəstək alaraq yanmağa başlayan Çevin ürəyini həkimi yerinə qoyarkən onun öldüyü zənn edilsə də birinci filmdəki kimi yenidən gözlərini qırpır.