Aerotank

Aerotenk və ya aerotank (q.yun. ἀέριος – «hava» + ing. tank – «çən») — çirkabı bioloji üsül ilə təmizləyən qurğu. Beton və ya dəmir-betondan çən şəklində hazırlanır. Çənin içərisində bir neçə sıra arakəsmə olur. Arakəsmələr arasındakı dəhlizin eni 8—10 metr, uzunluğu 150 metrə qədər və hündürlüyü 4–5 metrdir. Təmizləmə prosesi çirkaba aktiv lil qatmaq və eyni zamanda fasiləsiz hava verməklə gedir. Maye qarışığı axarkən tərkibindəki üzvi çirkabı aktiv lildəki mikroorqanizmləri oksidləşdirməklə təmizləyir.[1]

  1. Аеротенк // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 129.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]