Aesculus flava

Sarı atşabalıdı (lat. Aesculus flava) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.

Sarı atşabalıdı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerika – Pensilvaniyadan Corciya və Alabamaya qədərdir. Moskvada, Sankt-Peterburqda və digər iri şəhərlərdə yaşıllıqlarda və parklarda təsadüf edilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20–30 m-ə qədər, sıx enli-piramidal çətirli ağacdır. Yarpaqları bölümlü, uzunsov, yumurtaşəkilli və ya ensiz-ellipsvari, ucu biz, nazik dişli, uzunluğu 10–15 sm olan, 5 yarpaqcıqdan ibarət, saplağı uzundur. Yarpaqların üstü tünd yaşıl, altı sarımtıl-yaşıldır. Çiçəkləri sarı, ölçüsü 3 sm, uzunluğu 10–15 sm olan süpürgələrdə yerləşir. Şaxtaya davamlıdır. Meyvələri yumru, diametri 5–6 sm, əsasən 2 toxumludur. Şəhər şəraitini yaxşı keçirir. İri vəziyyətdə köçürülməni yaxşı keçirir. Adi atşabalıdından 2–3 həftə sonra, may-iyunda çiçəkləyir. Meyvələri sentyabrda yetişir.

Atşabalıdı növləri arasında soyuğa çox davamlıdır. Kölgəyə dözümlüdür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda mədəni şəraitdə becərilir.

Davamlılığına və dekorativliyinə görə Şimali meşə zonasının Orta və Cənub-Qərbi hissələrində geniş yayılmışdır. Tək, qrup, alleya, küçə və yol ətrafı əkinlərdə istifadə edilir.