Afaqın məhəbbəti (film)

Afaqın məhəbbəti qısametrajlı televiziya tamaşası rejissor Ağakişi Kazımov tərəfindən ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Televiziya tamaşasında əsas rolları Məhluqə Sadıqova, Mirvari Novruzova, Muxtar Avşarov, İlham Əsgərovvə Səidə Quliyeva ifa edirlər.

Afaqın məhəbbəti
Afaqın məhəbbəti
Janr dram
Rejissor Ağakişi Kazımov
Əsərin müəllifi Buta Sadıqov
Baş rollarda Məhluqə Sadıqova
Mirvari Novruzova
Muxtar Avşarov
İlham Əsgərov
Səidə Quliyeva
Operator Fərman Nəbiyev
Rəssam Səmayə Hüseynova
İstehsalçı Azərbaycan televiziyası
Filmin növü qısametrajlı televiziya tamaşası
Müddət 38 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
Rəng rəngli

Televiziya tamaşasının əsasında Nizami Gəncəviyə kəniz olaraq hədiyyə edilən Afaqın (Səidə Quliyeva) taleyi durur. Tamaşa Afaqın İlyasın evinə gətirilməsi ilə başlayır. İlk gündən İlyas (İlham Əsgərov) Afaqa kəniz gözüylə baxmadığını qeyd edir. O, Afaqın mərdliyinə, gözəlliyinə valeh olur. Afaq İlyasa gün keçdikcə daha da bağlanır və eşqini ilk dəfə İlyasın anasına (Məhluqə Sadıqova) etiraf edir. İlyas Afaqın taleyilə maraqlanır və Afaq ona başına gələnləri nəql edir. Başına olmazın müsibətlər gələn Afaqla İlyas nəticədə evlənmək qərarına gəlirlər.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Əsər müəllifi: Buta Sadıqov
Rejissor: Ağakişi Kazımov
Operator: Fərman Nəbiyev
Rəssam: Səmayə Hüseynova

Məhluqə Sadıqova — İlyasın anası
Mirvari Novruzova — vəzirin arvadı
Muxtar Avşarov — vəzir
İlham Əsgərovİlyas[1]
Səidə Quliyeva — Afaq[2]
Şahin Cəbrayılov — qoçu
Rüstəm Əliyev — Afaqı gətirən

  1. "Tanınmış aktyor vəfat edib". 2015-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  2. "Azərbaycan teatrı — Milli Kitabxana" (PDF). 2017-06-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.

Azərbaycan filmlərinin siyahısı