Səidə Əbülfəz qızı Quliyeva (5 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktrisası,[1] Azərbaycan Respublikasının xalq artisti (2012), Prezident təqaüdçüsü (2019).
Səidə Quliyeva | |
---|---|
Doğum tarixi | 5 mart 1957 (67 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1665720 |
Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır.
Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5] və 9 may 2018-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[7]
Səidə Quliyeva Tofiq Quliyevin qardaşı oğlu Rüfət Quliyev ilə evli idi.[8] Onkoloji xəstə olmuş Rüfət Quliyev 4 iyun 2024-cü il tarixində ölmüşdür.[9]
8. https://news.milli.az/culture/695542.html 9. https://news.milli.az/culture/611288.html 10.https://news.milli.az/culture/18540.html