Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Afaq Kərimova (Bakı) — Azərbaycanın tanınmış xalçaçı rəssamı.Azərbaycan Rəssamlar İttifaqının üzvü,Xəzər Universitetinin Tətbiqi Sənət Muzeyinin direktoru
Afaq Kərimova | |
---|---|
azərb. Kərimova Afaq Əbülfəz qızı | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | |
Janr | Xalçaçılıq |
Stil | Xalçaçılıq |
Afaq Kərimova Bakı şəhərində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bitirmişdir.
1990-1995-ci illərdə Azərxalça İstehsalat Birliyində baş rəssam vəzifəsində çalışmışdır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev ABŞ-yə ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi.
1995-2003-cü illərdə Azərbaycan Respublikası MEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş rəssam və şöbə müdiri vəzifəsində çalışmışdır.
1996-cı ildə Məhəmməd Füzulinin 500-illik yubileyində UNESCO xətti ilə "Füzuli - 500" xalçası Parisdə nümayiş etdirilmişdir.
1997-2005-ci illərdə Hüseyn Cavid muzeyinin yaradılmasında ilk tərtibatçı rəssam olmuşdur.
1997-ci ildə Nizami muzeyində, 2007-ci ildə İncəsənət muzeyində fərdi sərgiləri olmuşdur.
2014-2015 ci illərdə Nizami Gəncəvinin yubileyi münasibətilə (Heydər Əliyev fondunun sifarişi ilə) 5"Xəmsə" batik üslubunda işlənmiş əsərlər YUNESKO xətti ilə Fransanın Paris, Kann, Luvr, Reyms, Strasburq şəhərlərində sərgilənmiş, hazırda Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin eksponatıdır.
2015 -ci ildə Məhsəti Gəncəvinin yubileyi münasibətilə (Heydər Əliyev fondunun sifarişi ilə) hazırlanmış "Məhsəti" batiki YUNESKO xətti ilə Fransanın Paris, Kann, Luvr, Reyms, Strasburq şəhərlərində sərgilənmiş, hazırda Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin eksponatıdır.
2016-cı ildə Avrasiya Akademiyasının üzvləri üçün hazırlanmış "Avrasiya əfsanəsi" kubokunun və medallarının dizaynı üzrə müsabiqənin qalibidir.
Əsərləri bir sıra xarici ölkələrdə ( ABŞ, Türkiyə, İspanya, Fransa və s. ) daimi eksponat kimi sərgilənir.
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Üzeyir Hacıbəylinin ev-muzeyi (Bakı)
S.Yeseninin ev muzeyi
Azərbaycan Respublikasının bölgələri