Afaq Rüstəmova — fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru.
Afaq Rüstəmova | |
---|---|
Afaq Baloğlan qızı Rüstəmova | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan |
Vəfat tarixi | (72 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
İş yerləri | AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu |
Təhsili | |
Üzvlüyü |
Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M. F. Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M. F. Axundov adına APRDƏİ-nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə "Tərz kateqoriyasının rus dilində məna və formaları, onların Azərbaycan dilində müvafiq ifadə üsulları" (10.02.01 — Rus dili, 10.02.02 — Azərbaycan dili) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə "Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil" (09.00.11 — Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun "rus və xarici dillər" kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992-ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutu Sosial fəlsəfə şöbəsinin baş elmi işçisidir. Ailəlidir, iki övladı var.
Afaq Rüstəmovanın dörd monoqrafiyası, 80-ə qədər elmi məqaləsi (10-a qədəri xaricdə) çap olunmuşdur.
Afaq Rüstəmovanın əsas tədqiqat sahələri – linqvistikanın fəlsəfi problemləri, etnodil prosesləri, millətlərarası münasibətlər, tərcümənin nəzəri problemləri, dil siyasəti, milli ideologiya, modernləşmə, kommunukasiya prosesləri, identiklik problemləri və s.
Kitabda etnodil proseslərinin mahiyyəti, millətlərarası münasibətlərdə onun əhəmiyyəti, müasir mərhələdə Azərbaycan Respublikasnda bu istiqamətdə etnodil proseslərinin inkişaf xüsusiyyətləri araşdırılmış, eyni zamanda dilin cəmiyyətdə rolu, hüquqi cəmiyyətdə dövlət dilinin mahiyyəti və statusu məsələləri diqqət mərkəzində saxlanmışdır.
Kitabda müasir mərhələdə sosial linqvistikanın predmeti, tədqiqat dairəsi, onun əsas tədqiqat obyektlərindən sayılan sosial faktorlar tədqiq edilir, xalqların təfəkkürünün formalaşmasında dilin mühüm rolu nəzərə alınaraq, dil, şüur, təfəkkür münasibətləri və onların etnik xüsusiyyətləri, sosial faktorların dil proseslərinə şüurlu təsiri kontekstində ictimai şüur, dil və sosial linqvistika məsələləri, eləcə də dil, mədəniyyət, etnos münasibətləri, dil siyasəti, ideologiyaya dair araşdırmalar aparılır.
Kitabda tərcümənin fəlsəfi məsələləri, əsas nəzəri müddəaları araşdırılır, tarixi və müasir problemləri nəzərdən keçirilir. Tərcümə aktının dərin hermenevtik mahiyyəti nəzərə alınaraq onun bu sahə ilə əlaqədar poblemləri tədqiq edilir. Tərcümənin praqmatik məsələlərinin mühüm aspektləri araşdırılır, eləcə də millətlərarası münasibətlərdə rolu təhlil edilir.
Monoqrafiyada ictimai inkişafda dilin rolu məsələləri araşdırılır. Modernləşmə, kommunikasiya, milli identikliyin formalaşmasında dil amili problemləri nəzərdən keçirilir. Multimədəni cəmiyyətlərdə dil proseslərinin müasir dövr üçün mühüm mahiyyəti nəzərə alınaraq бу sahəyə aid problemər təhlil edilir, demokratik konsolidasiya və dil məsələlərinin aktual aspektləri araşdırılır.
Monoqrafiyada müasir dövrün bir sıra aktual problemləri fəlsəfi, sosial-siyasi kontekstlərdən təhlil edilir, o cümlədən, modernləşmənin inkişaf mərhələləri, problemlə bağlı nəzəri-metodoloji yanaşmalar, sosial-siyasi inkişafın əsas konsepsiyaları, Azərbaycanda modernləşmənin sosial inkişafa təsiri, inkişafın Azərbaycan modeli nəzərdən keçirilir, daha sonra modernləşmə prosesləri kontekstində milli şüur və milli mentalitet problemi təhlil edilir. Kitabda XXI əsrin qlobal və təhlükəli hadisələrindən olan terrorizm problemi diqqət mərkəzinə çəkilir, daha dəqiq desək, terrorizm, beynəlxalq terrorizm, din və terrorizm və s. məsələlər araşdırılır, həmçinin dini tolerantlıq, humanizmə dair ideya və mülahizələr tarixilik və müasirlik baxımından araşdırılır.
Monoqrafiyada müasir dövrdə informasiya cəmiyyətinin fəlsəfi, elmi-nəzəri problemləri, dünya sivilizasiyasının inkişafında informasiya cəmiyyəti mərhələsi, Azərbaycanda informasiya cəmiyyətinin inkişaf tendensiyaları araşdırılır, o cümlədən informasiya cəmiyyətinin tələbləri baxımından dil və kommunikasiya proseslərinin fəlsəfi mahiyyəti, dil və siyasət, azərbaycançılıq ideologiyasının formalaşmasında dil amili, informasiya cəmiyyətində ünsiyyət və kommunikasiya problemləri təhlil edilir.
Kitab Böyük Vətən müharibəsində (1941–1945) Qafqazdan Berlinə qədər qəhrəmanlıqlarla dolu döyüş yolu keçmiş mexanikləşdirilmiş qvardiya korpusunun cəsur, qorxmaz kəşfiyyatçısı, müharibədən sonra da əmək cəbhəsində Azərbaycanın inkişafı naminə var qüvvəsini əsirgəmədən çalışmış tanınmış ictimai xadim Rüstəmov Baloğlan Əmrah oğlunun həyat yoluna həsr edilib. Kitabda həyatı haqqında özünün xatirələri, ömür-gün yoldaşının onunla bağlı xatirələri, döyüş yolu və dinc quruculuq illərində gördüyü işlər barədə yazılmış kitablar, saysız-hesabsız məqalələr, həmçinin Böyük Vətən müharibəsi dövründə və müharibədən sonrakı illərdə təltif olunduğu orden, medal və mükafatlar haqqında məlumatlar yer alıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.