AMEA Fəlsəfə və Sosiologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1945 |
Digər məlumatlar | |
Direktor | İlham Məmmədzadə |
Ünvan | AZ1073, Bakı ş., H.Cavid pr., 115 |
Sayt | philosophy.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
İnstitutda Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri mövzularında tədqiqatlar aparılır.
1945-ci il yanvarın 23-də Azərbaycanda fəaliyyət göstərən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrildi. Yaradıldığı ildən akademiyanın nəzdində 4 bölmə, 16 elmi-tədqiqat institutu, 3 muzey fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan institutlardan biri də "Fəlsəfə İnstitutu" olub.[1][2] İnstitut 1945–1950-ci illərdə "Fəlsəfə İnstitutu", 1950–1956-cı illərdə "Tarix və Fəlsəfə İnstitutu", 1956–1967-ci illərdə Azərbaycan EA-nın "Fəlsəfə sektoru", 1967–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutu", 2002–2009-cu illərdə "Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu", 2009–2013-cü illərdə "Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 2013–2016-cı illərdə "Fəlsəfə və Hüquq İnstitutu", 2016–2020-ci illərdə "Fəlsəfə İnstitutu" adı altında fəaliyyət göstərib. 2020-ci ilin noyabr ayından isə "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılıb.[3][4]
Fəlsəfə və Sosiologiya İnstitutunun fəaliyyət istiqamətləri əsasən Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir.[1]
Müxtəlif illərdə instituta rəhbərlik edən alimlər:
Fəlsəfə və Sosiologiya İnstitutunda 25 şöbə fəaliyyət göstərir:[5]