Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi

XX əsrin əvvələrində Amerika Birləşmiş Ştatlarının Florida ştatında afroamerikalı uşaqların timsah yemi kimi təsvir edən açıqca.

Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi (ing. Alligator bait) — XIX əsrin ortalarından XX əsrin əvvələrinə qədər Amerika Birləşmiş Ştatlarında yayılmış şəhər əfsanələrindən biri. Konkret sübutlara söykənməyən motiv haqqında dövrün bir çox qəzet və jurnallarında yazılar yayımlanmışdır. Bəzi vizual sənət nümunələri mövzu haqqında karikaturalar dərc edib. Motivin kim tərəfindən yaradılması məlum deyil.

Qaradərili uşaqların timsahları cəlb etdiyi və bəzi halallarda timsahların insanlar toplaşan yerlərə məhz qaradərili uşaqlar üçün gəldiyi iddia olunmuşdur. Mövzu heç vaxt ciddi araşdırma mövzusu olmamaqla bərabər, bu faktı sübut edən hər hansısa bir fakt aşkarlanmayıb.

Günümüzdə Amerika jarqonunda Afroamerikalı uşaqları timsah yemi kimi təsvir edən (ing. Alligator bait) jarqonu afroamerikalıar tərəfindən irqi zəmində işlədilmiş təhqir olaraq qəbul edilməkdədir. Burada işlədilən və ingilis dilində olan ing. Bait sözünün mənalarından biri də tələdə heyvanları cəlb etmək üçün istifadə olunan yem anlamına gəlməkdədir.

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
1898-ci ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatında dərc edilmiş karikatura tipli bir açıqcada öz qaradərili yemini yeməyə hazırlaşan missisipi alliqatorunun təsviri. Təsvirdə timsahın dilindən Əzizim aşağı düş, biz səni Floridada gözləyirik (ing. Honey come down we are waiting for you in Florida) ifadəsi yer alıb.

Amerikan populyar mədəniyyətində qaradərili uşaqlar pumalar, ayılarcanavarlarla[1] birlikdə ABŞ folklorunun mərkəzi fiqurlarından biri olan timsahları ovlamaq[2] üçün tez-tez istifadə olunurdu. Afroamerikalı uşaqların timsah yemi kimi ilk dəfə harada və necə timsah yemi təsvir olunması məlum deyil. Buradakı əsas və ən güclü ehtimallardan biri missisipi alliqatoru ilə eyni sinifə mənsub olan nil timsahı ilə əlaqəsinin olmasıdır. Nil timsahı bir növ Amerika cəmiyyəti üçün afroamerikalıları simvolizə edirdi və buna görə də, onların qaradərili uşaqları yem gözü ilə görməsi yetərli dərəcədə mümkün bir ehtimal kimi qəbul edilməkdə idi.[3]

Missisipi alliqatoru növü əsasən Amerika Birləşmiş Ştatlarının cənub hissəsində yerləşən bataqlıq ərazilərdə geniş yayılmışdır. XIX əsrin ortalarında ABŞ-ın cənub ştatları quldarlığın əsas hərəkətverici qüvvəsi sayılırdı və ABŞ vətəndaş müharibəsində ABŞ tərəfinin tam qələbə qazanmasına qədər 200 ilə yaxın bu ərazilərdə yaşayan qaradərili insanların iş gücü qul əməyi formasında istismar edilmişdir. Zaman-zaman öz azadlıqlarını əldə etmək üçün tabe olduqları ağalarının əsarətindən qaçan afroamerikalıları qullar Missisipi çayını keçməyə çalışarkən, missisipi alliqatorunun qurbanına çevirilirdilər.[3]

Şəhər əfsanəsinə görə timsahlar afroamerikalı uşaqlara qarşı xüsusi həssaslıq duyurdular və xüsusi maraq və ya həssaslıq zamanla ABŞ-də (ing. Alligator bait) jarqonunun yaranmasına səbəb olmuşdur.[3] Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi, ABŞ-da quldarlıq tərəfdarı olan bəzi dövrü mətbuat orqanlarına məxsus qəzet və jurnallar tərəfindən tez-tez müraciət edilən bir mövzuya çevirilmişdir.

Sözügedən təsvirlərdə yaşları 2–6 aralığındakı qaradərili uşaqlar adətən qeyri-insani[4], murdar, sevimsiz[5] və səliqəsiz geyimlərlə[6] təsvir edilirdi və XX əsrin əvvələrinə qədər bu tipli təsvirlər ABŞ-ın populyar mədəniyyətində qaradərili uşaqları bir stereotipə çevirmişdir. Bu sürünən canlıların sudan çıxaraq itləri və uşaqları yeməsi kollektiv təhtəlşüurda özünə yer tapmışdır.[7]

" Populyar mədəniyyətdə qaradərili uşaqlar bəyaz dişlərini ağardan, gözlərini bərəldən, parlaq-tünd simalı və səliqəsiz buruq saçlı ilə təsvir olunurlar. Bu fikirə dəstək kimi yemiş, pambıq yumağı və yaxud missisipi alliqatoru göstərilir. Daha dəhşətli mənzərə ondan ibarətdir ki, bu fikirin tərəfdarları qaradərili uşaqların həyatlarının əhəmiyyətsiz olduğunu, onların ətlə qidalanan sürünənlər üçün dadlı loxma, havayı qəlyanaltı və ya timsah yemi olduğunu iddia edirlər.
Vilma Kinq tərəfindən yazılmış African American Childhoods əsərindən sitat.[5]
"

Missisipi alliqatoru cəlb edən, onların iştahasını açan qaradərili körpələrin təsvirləri dövrün tanınmış şirkətlərindən Underwood & Underwood tərəfindən yayımlanmış[8] açıqcalarda, siqar qutuları və qeyd dəftərçələrinin üzlüklərində çap olunmağa başlamışdır.[9]

Ümumiyyətlə, bu cür rəsmlər qaradərililərin təbiətin qurbanı olduğuna dair irqçi inamı gücləndirdi[10] və qaradərililərin irqi onların dəhşətli şəkildə ölməli olduqları ehtimalını ağlabatan etdi.[11] Alliqator yemi məzmunlu açıqcalar və təbrik kartları qaradərililərə qarşı irqçiliyə dair qısa müddətdə olsa yayılan daha geniş janrın bir hissəsi idi.[12] Bu cür açıqçalar KUN kartları adlanır, rakun adlı heyvandan ilhamlanan bu termin qara dərililərə qarşı istifadə olunan alçaldıcı məzmunlu kartlardan ibarət olmuşdur. American Mutoscope and Biograph şirkəti 1900-cü ildə[13] Alliqator və balaca zənci balası və Alliqator yemi adlı bir neçə qısametrajlı film istehsal etdi. Birinci filmdə, əlində balta qaradərili bir adam tərəddüd etmədən balaca qaradərili uşağı udmuş timsahlara hücum edir; nəticədə, uşaq Yunis peyğəmbər kimi yenidən həyata qayıdır.[14]

Sonuncu filmdə şirkət kataloquna görə, Balaca qaradərili körpə tropik sahildə bir dirəyə bağlanır. Nəhəng bir "alliqator sudan çıxır və balaca zənci uşağı yeməyə hazırlaşır bu zaman bir ovçu peyda olur və sürünənləri (alliqatoru) silahla vurur.[15] İdeyanın populyarlığına görə, məktub açmaq üçün istifadə olunan kağızdan hazırlanmış bıçaqlar alliqatorlara bənzəyən dizaynda istehsal olunurdu, onlardan bəziləri timsahın ağzına qoyulmaq üçün qara rəngli uşaq başlarının kiçik surətləri ilə təchiz edilirdi.[16]

Tarixi mübahisə konteksində

[redaktə | mənbəni redaktə et]

Hər hansı bir şəxsin uşaqları qəsdən timsah ovu üçün istifadə etməsi ideyası hələ 1918-ci ildə yazılı mətnlərdə öz əksini tapmışdır. Florida bələdçi kitabı potensial turistləri əmin etdi ki, etibarlı mənbəyə görə (alliqator) qara dərili uşaqların yaxşı timsah yemi olduğuna dair uydurmalardan asılı olmayaraq, alliqatorlar insana hücum etməyəcək.[17] 1919-cu ildə Port Sent-Lüsi qəzetinin köşələrindən birində müəllif şikayətlənirdi ki Uzun illər əvvəl Floridada bu ciddi səhv cənubdan keçən bir dəmir yolunun reklam agenti tərəfindən törədilib.

Floridanın bu hissəsində mamırdan asılmış bataqlıqların, zınqırovlu ilanların şəkilləri reklam olunur, alliqatorlar və timsah yemi etiketli zənci körpələr göstərilir. Nəticədə bu zərərli psixologiya çox populyarlaşdı və şübhəsiz ki, bir çox əcnəbilər bu körpələrin əslində timsah yemi üçün istifadə edildiyinə inandılar.[18] 1926-cı ildə Eustis Leyk Region qəzetinin köşə yazarı bunu qarlı torpaqlarda yaşayan qarıların həqiqət kimi təkrarlamaqdan məmnun olduqları Florida uydurmasının bir parçası adlandırır. Bu, onlara Florida torpağının sakinləri üzərində fəzilətli üstünlük hissi verirdi.[19]

Linqvistik istifadəsi

[redaktə | mənbəni redaktə et]