Aftandil Babayev

Aftandil Qasım oğlu Babayev (1957, Marneuli) — Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin müavini.

Aftandil Babayev
bayraq
Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin müavini
bayraq2
Vəzifədədir
2017-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri

Təltifləri "Tərəqqi" medalı — 2012 2-ci dərəcəli "Əmək" ordeni — 2019

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1957-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur.[1]

1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq Təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil almışdır.

Əmək fəaliyyətinə 1978-ci ildə "Azkolxoz xüsusi tikinti" Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 1979–1980-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

1981-ci ildən 1983-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləmişdir.

1983-cü ildən 1984-cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984-cü ildən 1994-cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləmişdir.

1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995-ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000-ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.

2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

2006-cı ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

2007-ci ilin fevral ayında Azərbaycan Republikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir..[2] 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.[3]

2017-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.

  1. Aftandil Qasım oğlu BABAYEV[ölü keçid]
  2. "Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2008-10-28 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-12-26.
  3. "Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.