Agelescape dunini — Çala hörümçəkləri sinfinə, Agelescape cinsinə aid növ. Azərbaycanın endemik canlısı.
Agelescape dunini | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Agelescape dunini |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Orta ölçülü hörümçəkdir. Erkəklərin uzunluğu 8,55 mm, dişilərdə 11,2 mm olur. Baş-gövdə hissəsi erkəklərdə uzunluq 3,95 mm (eni 2,7 мм) olur. Dişilərdə 4,3 mm (eni 3 mm) — dir. Baş-gövdə qırmızı-sarı olur və boz naxışlı olur. Ayaqları qırmızı-qəhvəyi, qarın sarı-boz. Agelescape dunini növü ilk dəfə 2005-ci ildə Arаxnoloqlar, Elçin Hüseynov (Elchin F. Guseinov, Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (Институт биологических проблем Севера ДВО РАН, Maqadan, Rusiya) və Seppo Koponen (Seppo Koponen, Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən Agelescape caucasica, Agelescape levyi və Agelescape talyshica Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır. Agelescape dunini növü Agelescape affinis (Kulczynski, 1911), Agelescape gideoni Levy, 1996 və Agelescape livida (Simon, 1875) növləri ilə birlikdə Agelescape cinsinə daxil edilmişdir. Növ Azərbaycanın ilk araxnoloqu Pyotr Mixayloviç Dudinin şərəfinə adlandırılmışdır[2]