Agelescape caucasica — Çala hörümçəkləri fəsiləsi, Agelescape cinsinə aid növ. Azərbaycanın endemik canlısı.
Agelescape caucasica | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Cins: ???: Agelescape caucasica |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Orta ölçülü hörümçəkdir. Erkəklərin ölçüsü 9,8 mm, baş və gövdənin uzunluğu 3,75 mm (eni 2,65). Ayaqları, baş və gövdəsi sarı boz rəngli naxışlarla örtülüdür. Agelescape caucasica növü ilk dəfə 2005-ci ildə Arаxnoloqlar, Elçin Hüseynov (Elchin F. Guseinov, Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (Институт биологических проблем Севера ДВО РАН, Maqadan, Rusiya) və Seppo Kоpоnеn (Seppo Koponen, Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən Agelescape dunini, Agelescape levyi və Agelescape talyshica Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır. Agelescape caucasica növü Agelescape affinis (Kulczynski, 1911), Agelescape gideoni Levy, 1996 və Agelescape livida (Simon, 1875) növləri ilə birlikdə Agelescape cinsinə daxil edilmişdir. Növ öz adını Qafqazda aşkarlandığından verilmişdir[2]