Aidə Əmirova

Aidə Tağı qızı Əmirova (12 fevral 1930, Gəncə - 01 sentyabr 1983,Bakı) — görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun həyat yoldaşı.

Aidə Əmirova
Aidə Tağı qızı Əmirova
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Fikrət Əmirov
Uşaqları Cəmil Əmirov
Sevil Əmirova
Atası Tağı Nağızadə
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Aidə (Nağı-zadə) Əmirova 12 fevral 1930-cu ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Gənc yaşlarından atası Tağı Məmmədəli oğlu Nağı-zadə Kənd təsərrüfatı nazirliyində məsul vəzifələrdə calışdıgına görə ailəsi ilə Bakıda yaşayıb.

1947-ci ildə Bakı səhərində orta məktəbi qızıl medalla bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna (Azərbaycan Tibb Universiteti) daxil olub. 1952-ci ildə həmin institutun müalicə-profilaktika fakultəsini müalicə işi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1952-ci ildə Azərbaycanin xalq artisti, bəstəkar Fikrət Əmirov ilə ailə həyatı qurub. Aidə xanım zahirən cox gözəl, daxilən alicənab və nəcib bir insan olub. O, ailə həyatı qurduqdan sonra ömrünün sonuna qədər Fikrət Əmirovun yanında olaraq onun həyat və yaradıcılığının bütün mərhələlərində ona dayaq olub. Fikrət Əmirov 1979-cu ildə yazdığı "1000 bir gecə" baletini həyat yoldaşı Aidə xanıma həsr etmişdi - bəstəkar baletin partiturasının titul vərəqində "Həyat yoldaşım – Aidaya" sözlərini yazmışdı.

Övladları Sevil Əmirova, Cəmil Əmirov.

Aidə Əmirova 1983-cü il sentyabrın 1-də Bakıda vəfat edib. Dahi bəstəkar Aidə xanımın ölümündən sonra cəmi yarım il yaşayıb…

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Solmaz Qədimova, Zemfira Abdullayeva. "Fikrət Əmirov". Bakı: "Nağıl evi" nəşriyyatı. 2004. 189, 191, 192, 198, 199. ISBN 9952-21019-1.

Heydər Əliyev Mərkəzi. "Fikrət Əmirov". Bakı: Heydər Əliyev Fondu. 2012. 116, 133, 159, 179, 233, 243, 262. ISBN 978-9952-483-39-0.

Musiqi səhifələri. "Fikrət Əmirov". Bakı: "İşıq" nəşriyyatı. 1978. 119, 130.