Cəmil Fikrət oğlu Əmirov — Azərbaycan bəstəkarı, cazmen, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi.
Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965–1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın sinifini bitirib.Daha sonra 1980–1982-ci illərdə aspirantura təhsili alıb.
- Azərbaycan Dövlət Kamera Orkestri (1978–1983)
- Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin "Qobustan" estrada – folklor ansamblının rəhbəri (1983−1985)
- Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985–1989)
- Azərbaycan Dövlət "Muğam" teatrının musiqi rəhbəri (1989−1990)
- Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991)
- Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti
- "Qaya" Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991−1992)
- Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992)
- R.Babayevin rəhbərlik etdiyi "Cəngi" ansamblı (1992−1995)
- Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cu ildən bu günə qədər)
- Konsert fəaliyyəti: Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985)
- Beynəlxalq caz festivalı (Tbilisi, 1986)
- "Gaudemus" Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988, Hollandiya-1989)
- Etno musiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993)
- "Gülüm" layihəsinin iştirakçısı "SAVAB" ansamblının musiqi rəhbəri (Bakı, 2002)
- Etnomusiqinin Ümümdünya festivalında "SAVAB" ansamblının musiqi rəhbəri (İstanbul, 2005)
- Ümümdünya caz festivalı (Astana,2006)
- Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifi
F.Əmirov və C.Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri çap olunub. H.Əliyev fondu tərəfindən nəşr olunan "F.Əmirov — Ömrün səhifələri" və əsərlərindən ibarət antologiyanın müəllifidir.
- Armudu (film, 1986)
- Bir dəfə görmək... (film, 1984)
- Dəvətnamə (film, 1989)
- Həvəskarlar və ya peşəkarlar (film, 1987)
- İkinci həyat (film, 1984)
- Kədərimiz... Vüqarımız...
- Qudyalçay (film, 2001)
- Oktyabr və Azərbaycan (film, 1987)
- Oyun (film, 1996)
- Sakit Yonun macəraları (film, 1985)
- Talada ev (film, 1986)
- Təkəlduz (film, 1985)
- Bahar əyləncələri (film, 1989)