Sevil Əmirova

Sevil Fikrət qızı Əmirova (4 noyabr 1953, Bakı) — Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının (Belçika) həmtəsisçisi, İctimai xadim, musiqiçi.

Sevil Əmirova
Sevil Fikrət qızı Əmirova
Ümumi məlumatlar
Doğum tarixi 4 noyabr 1953(1953-11-04) (71 yaş)
Doğum yeri
Həyat yoldaşı
Uşaqları Nəzrin Əfəndiyeva
Ömər Əfəndiyev
Atası Fikrət Əmirov
Anası Aidə Əmirova
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1953-cü il noyabrın 4-də Bakı şəhərində görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində anadan olub.[1][2][3]

Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı "Sevil" operasının qəhrəmanı ilə bağlıdır.

1961–1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alib.

1978-ci-ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1978–1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb.

1995-ci ildən həyat yoldaşının fəaliyyəti ilə bağlı bir sıra Avropa ölkələrində yaşayıb.

1995–2004-cü illərdə Brüsseldə fəaliyyət göstərən Avropa Qadınlar Assosiasiyasının (Association FEMMES D’EUROPE a.i.s.b.l.) üzvü, "Belçika-Azərbaycan Alyansı" mədəniyyət mərkəzinin təsisçisi və prezidenti olub.

2004–2009-cu illərdə Yunanıstanın Afina şəhərində "Beynəlxalq Qadınlar Klubu"nun (Women’s International Club) üzvü olaraq fəaliyyət göstərib.

2012–2016-cı illərdə Hollandiyanın Haaqa şəhərində "Ambassadors Spouses Association" qadınlar cəmiyyətinin üzvü seçilib.

2019-cu ilin noyabr ayından Brüsseldə qeydiyyatdan kecmiş "Fikrət Əmirov Beynəlxalq Assosiasiya"sının həmtəsisçisidir. Fikrət Əmirov irsinin qorunub saxlanılması, Azərbaycan klassik musiqisinin və zəngin incəsənətinin xarici ölkələrdə təbliğ edilməsinə yönəldilmiş fəaliyyəti dövründə Bakı Musiqi Akademiyasında Fikrət Əmirov adına nəfəs alətləri müsabiqəsinin keçirilməsinə dəstək olmaqla yanaşı onun təşəbbüsü və təşkilatcılığı ilə Avropanın Brüssel, Afina, Maastrix, Amsterdam, Haaqa və.s şəhərlərində müxtəlif illərdə Azərbaycan mədəniyyətinin təbliği ilə baglı, çoxsaylı konsert, yaradıcılıq gecələri, təqdimat, sərgi və müxtəlif tematik tədbirlərin keçirilməsinə nail olub. Belçika Kral Konservatoriyası ilə Bakı musiqi Akademiyası arasında əlaqələrin yaradılması, Azərbaycan musiqiçiləri, Bakı musiqi Akademiyasının rektoru, pianoçu Fərhad Bədəlbəylinin solistliyi və Yalçın Adıgözəlovun idarəçiliyi ilə Belçikada, Belçikalı musiqiçilər, Belçika Kral Konservatoriyasının rektoru, bəstəkar Jean Baylinin, Kraliça Elizabet müsabiqəsinin qalibi məşhur pianoçu Evgeniy Mogilevskinin Bakıda konserti, dünyada tanınmış sənətçilərin B. Davidovic, D. Sitkovetskiy, F. Bədəlbəyli, D. Gerinqas, P. Gililov, Q. Kancelinin iştirakı ilə yaradıcılıq gecələrinin, Kaman ustası Reiko Otaninin (Yaponiya), gənc pianoçu Riad Məmmədovun konsert proqramının təşkili və s. tədbirlər onun fəaliyyət istiqamətini təşkil edib.

  1. "Prezident İlham Əliyev dünya şöhrətli bəstəkar, Azərbaycan və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb". Medeniyyet.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  2. "SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirov və ailəsi". Kulis.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  3. "Dahi bəstəkarın qızı Sevil Əmirova - Fikrət Əmirovun 100 illik yubileyi". www.culture.gov.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.