Ailə münaqişələri

Ailə münaqişələricəmiyyətin ən aktual məsələlərindən biridir. Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünütəsdiqin vacib amilidir. Hər adamın öz həyat məkanı vardır, bu digər insanlarla qohum, dost, qonşularla olan münasibətlərdir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür; "ev", "ailə". Bura insanların yaşadıqları yerdir, yalnız burada onlar özünü yaxşı hiss edir. Ailə, şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərin, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Ailə münasibətlərinin idealı çətin əldə edilir və müasir ailədə "münaqişələrə" səbəb olur. Kişilərin əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya işləməməsindən asılı olmayaraq əsas odur ki, evdə həmişə rahatlıq və səliqə olsun, qadının peşəkar fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstün təsiri saxlanılmalıdır. İndiyə qədər ailələrdə o cümlədən azərbaycanlı ailələrində əməyin ənənəvi bölgüsü aparılır. Ər pul qazanır, arvad təsərrüfatla məşğul olur, ya da kişiyə kişi işi qadına qadın işi tapşırılırdı.

Statistik göstəricilər

[redaktə | mənbəni redaktə et]

Sosioloqların müşahidələrinə görə ailələrin 70%-i sevgi əsasında qurulur. Ancaq evlənəndən 5–6 il sonra məlum olur ki, onların yalnız 46%-i öz həyat yoldaşını sevməkdə davam edir, 24%-isə artıq sevmir. Ümumiyyətlə, evlənəndən 5–6 il sonra nigahın taleyi təkcə məhəbbət hissindən yox, eyni zamanda birgə ömür-gün sürən insanların şəxsiyyətindən, hər birinin şəxsi keyfiyyətlərindən asılıdır. Onların bir-biri ilə rəftarı, uşaqlarına münasibətləri bu bəşəri hisslərin özü məhəbbətin taleyini həll etmiş olur.

BMT-nin sənədlərində qeyd olunur ki, son 50 il ərzində ailənin strukturunda bir sıra dəyişikliklər baş vermişdir. Bunlardan Azərbaycan üçün aktual olanlar–demoqrafik dəyişikliklər və bununla əlaqədar ev təsərrüfatlarının kiçilməsi (ailə üzvlərinin sayının azalması, amma ailələrin sayının çoxalması), miqrasiyanın ailələrə təsiri, natamam ailələrin çoxalması, doğum səviyyəsinin aşağı düşməsidir. Son illərdə keçirilən tədqiqatlar göstərir ki, müasir Azərbaycan ailəsinin modeli dəyişməkdədir. Nüvə ailələr, yəni valideyn və uşaqlardan (bir nəsil) ibarət olan ailələr üstünlük təşkil edir. Mürəkkəb tərkibli ailələrə isə getdikcə az rast gəlmək olar, xüsusilə şəhərlərdə.

Ailə münaqişələri ən çox yayılmış formadır. Mütəxəssislərin rəyinə görə ailələrin 80–85%-də münaqişələr, qalan 15–20%-də müxtəlif səbəblərdən hərc-mərclik baş verir. Ailə münaqişələri, xüsusilə, ər-arvad münaqişələri təhlil edilərkən ailənin inkişafında böhranlı dövrlərin nəzərə alınması vacibdir. İlk dövr ailə həyatının birinci ilində müşahidə edilir (nigahların ümumi sayının 30%-nı boşanma ehtimalı daşıyır), ikinci dövr uşaqların anadan olması ilə bağlıdır, uşağın anadan olması bir çox ailələr üçün ciddi sınaqdır, üçüncü dövr ər-arvadın orta yaş dövrünə təsadüf edir (birgə həyatda 10–15 il olması), bu dövr hisslərin məhdudluğu ilə xarakterizə edilir, dördüncü dövr ər-arvadın birgə yaşayışının 18–24-cü illərindən sonra yaranır.

Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onların əhəmiyyətlisi:

  1. ailə üzvlərinin fəallığının, özünü ifadə etməsi azadlığının məhdudlaşdırılması;
  2. ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması;
  3. əks maraqların, meyllərin mövcudluğu, ailə üzvlərindən birinin tələbatlarının ödənilməsi imkanlarının məhdudluğu;
  4. bütünlükdə ailədə qarşılıqlı münasibətlərin sərt tipi;
  5. çətin həll edilən maddi problemlərin mövcudluğu;
  6. ər-arvad münasibətlərinə qohumların müdaxilə etməsi;
  7. nikahda partnyorların seksual disharmoniyası;

Ailə münaqişələri uşaqların psixikasına mənfi təsir göstərir, məhz bu səbəbdən uşaqları qorumaq üçün bu münaqişələrdən uzaq durun.