Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — Priyadarşanın rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik komediya dram filmidir. Film 1991-ci ildə Malayalam dilində çəkilmiş olan “Xaç atası” filminin remeykidir. Filmdə baş rolları Akshaye Khanna, Kareena Kapoor, Sunil Shetty, Jackie Shroff, Arshad Warsi, Amrish Puri, Paresh Rawal, Arbaaz Khan, Shakti Kapoor, Farha Naaz və Laxmi canlandırmışdır.
Ailə və qanun | |
---|---|
hind. हलचल | |
Janr | dram filmi[1], romantik film |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 26 noyabr 2004[1] |
Müddət | 179 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0437238 |
Anqar Çand həyat yoldaşı və dörd oğlu ilə kiçik bir Hindistan şəhərində zəngin həyat tərzi keçirir. Böyük oğul Balram hisslərinə qarşılıq verən Dhaminiyə aşiq olur. Anası Lakşmi buna qarşı olsa da, Anqar onların toyunu istəyir. Dhamininin atası Sancev qəzəblənərək təsadüfən Anqarın arvadı Parvatini öldürür. Dhamini zorla Kashinath Pathak ilə evləndirilir. Qəzəblənən Anqar Sancevi öldürür və 14 il həbs edilir.
Girov müqabilində həbsdən azad olunan Anqar evə qayıdır və qadınların onun mülkündə olmayacağını bildirir, hətta bunu bildirən qapısının ağzına lövhə belə vurdurur və oğullarına həmişəlik olaraq evlənməyi qadağan edir.
Dhaminin qızı Anjali Anqarın kiçik oğlu Cai ilə bir kollecdə oxuyur. Anqar öyrənir ki, Anjali əyalətin daxili işlər naziri ilə evlənəcək. Anqarın onlara qarşı hələ də kini olduğuna görə, siyasi təzyiqlə toyu pozmağa nail olur. Ancali və Cai intiqam almaq istəyirlər, lakin sonradan bir-birlərinə aşiq olurlar. Anqarın ikinci oğlu Kişan ikili həyat sürür; 7 ildən bəridir ki, rəqs müəllimi Qopi ilə evlidir və onun 2 övladı vardır. Anqar bunu öyrənir və Cai onu dəstəklədiyinə görə Kişan və Caini qovur. Lakşmi Anqar Çandın köməyi ilə Ancalinin vəkilinin oğlu Sattu ilə evliliyini düzəldir, beləliklə də Cai toyda iştirak etmir
Toy günü Cai Veerunun (Lakşminin oğlu) köməyi ilə toyun keçirildiyi məkana daxil olur, Sattunun huşunu itirməsinə səbəb olur və onun yerinə özü bəy kimi geyinir. O, evlilik rituallarından keçir, lakin mərasimin sonunda özünü göstərir və nəhayət, Ancali ilə özü evlənir. O, Lakşmidən davaya son qoymasını xahiş edir. Cai Anqardan ondan ayrılıb oğullarının bütün hərəkətlərini düşünən onu bağışlamasını xahiş edir. Ancali və Qopi nəhayət dörd oğlu ilə birlikdə ailəyə qəbul edilirlər.