Aimer

Aimer (エメ, Eme?, [eme]) – Sacra Music ilə əməkdaşlıq edən Yaponiya pop müğənnisi və mahnı yazarı. Fransız dilində "aimer" "sevmək" deməkdir.[1]

Aimer
Ümumi məlumatlar
Ləqəbləri エメ, aimerrhythm
Doğum tarixi 9 iyul 1990(1990-07-09) (34 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, söz yazıçısı[d]
Fəaliyyət illəri 2011-ci ildən
Janr J-pop[d]
Musiqi alətləri piano
Səs tembri kontralto
aimer-web.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aimer musiqi karyerasına 2011-ci ildə başlamışdır. Bir çox anime serialı və dorama üçün mahnı bəstələmişdir. İndiyə kimi 6 studiya albom və bir çox sinql buraxmışdır. "Zankyosanka" (2021) mahnısı ilə ilk dəfə Japan Hot 100 çartında birinci yerə yüksəlmişdir.

Aimerin atası bir musiqi qrupunda bassçı idi, buna görə də Aimer çox gənc yaşlardan musiqi mühitində böyümüşdür. İbtidai məktəbdə piano çalmağı öyrənməyə başlamış, Rinqo Şiina və Utada Hikarudan nümunə götürmüşdür. Liseydə ikən Avril Lavinə qulaq asandan sonra gitar çalmağa və ingiliscə mahnı sözləri yazmağa başlamışdır. 15 yaşında Aimer vokal ifadan həddən artıq istifadə etdiyinə görə səsini itirmiş və müalicə üçün terapiyaya getməyə başlamışdır. Lakin sağalandan sonra öz fərqləndirici batıq səsini qazanmışdır.[1][2]

Aimer Yuki, Mika Nakaşima, Fkumpool, Superfly, Yuzu və Genki Rockets kimi müxtəlif sənətkarla işləyən və onlar üçün musiqi hazırlayan "Agehasprings" qrupu ilə işləmişdir.[3] 2011-ci ildə musiqi karyerasına başlamışdır. 2011-ci ilində "Your favorite things" adlı konsepsiya albomunu buraxmışdır. Alboma caz və kantri janrında olan bir çox populyar işlər daxil etmişdir. Bir nömrəli kover Leydi Qaqanın "Poker Face" albomuna əsaslanır və iTunes Store-da caz kateqoriyasında peyda olan ilk mahnı olmuşdur. Albom 2-ci yerə kimi yüksəlmişdir.

7 sentyabr 2011-ci ildə Defstar Records-la birlikdə ilk mahnısı olan "Rokutousei no Yoru" mahnısını buraxmışdır. Mahnı Fuji TV tərəfindən 2011-ci ilin "No. 6" animesinin bağlanış mahnısı seçilmişdir.[4] Mahnı Recochoku musiqi yayım çartında 9-cu yerə kimi çatmışdır.[5] İkinci sinqlı 14 dekabr 2011-ci ildə buraxılmışdır. "Re:pray/ Sabishikute Nemurenai Yoru wa" Mora musiqi yükləmə çartı saytında 1-ci yerə çıxmışdır.[6] Mahnı "Bleach" animesinin 29-cu bağlanış mahnısı seçilmişdir.[7] Sinqla Leydi Qaqanın "Poker Face" albomunun koveri daxil edilmişdir. Mahnı daha öncə kover albomunda yer almışdır.

22 fevral 2012-ci ildə üçüncü sinqlı "Yuki no Furumachi/Fuyu no Diamond" sinqlını buraxmışdır. 11 may 2012-ci ildə "Hoshikuzu Venus" adlı rəqəmsal sinqlını buraxmışdır. Sinql Sasaki Nozominin "Koi nante Zeitaku ga Watashi ni Ochite Kuru no daro ka?" doramasının tema və arxaplan mahnısı olmuşdur. Bu dorama 16 aprel 2012-ci ildə yayımlamışdır. 15 avqustda Aimer "Anata ni Deawanakereba: Kasetsu Toka / Hoshikuzu Venus" adlı dördüncü sinqlını yayımlamışdır. Sinqla Nil Sedakanın "Breaking Up Is Hard to Do" mahnısının koveri daxil edilmişdir. Sinqlın ilk treki "Anata ni Deawanakereba: Kasetsu Toka" Fuji TV-nin "Natsuyuki Rendezvous" animesinin bağlanış mahnısı olmuşdur.[8]

20 mart 2013-cü ildə Aimer "RE:I AM" sinqlını buraxmışdır. Mahnı "Mobile Suit Gundam Unicorn" animesinin son seriyasından öncəki seriyada bağlanış mahnısı olmuşdur.[9] Verdiyi müsahibəyə görə mahnının adı onun adının (Aimer) anaqramıdır.[10] Aimerin 8-ci sinqlı "Brave Shine" "Fate/stay night: Unlimited Blade Works" animesinin ikinci açılış mahnısı olmuşdur və sinql 3 iyun 2015-ci ildə buraxılmışdır.[11] Digər mahnısı "Last Stardust" da açılış mahnısı üçün namizəd olsa da, 20-ci seriyada daxili mahnı kimi istifadə olunmuşdur.[12]

18 avqust 2016-cı ildə Aimer öz 4-cü studiya albomu olan "Daydream"-in 21 sentyabrda buraxılacağını, alboma Taka (ONE OK ROCK), Yojiro Noda (RADWIMPS), TK (Ling Tosite Sigure), chelly (EGOIST), Takahito Uchisawa (androp), Hiroyuki Savano, Sukima Switch və Mao Abe kimi sənətkarla birlikdə hazırladığı işləri daxil edəcəyini açıqlamışdır. Taka əlavə olaraq albom üçün 4, TK isə 2 mahnı hazırlamışdır. Alboma chelly və Hiroyuki Savano ilə birlikdə "Kabaneri of the Iron Fortress" animesi üçün hazırlanmış bağlanış mahnısı və ümumilikdə 13 trek daxil edilmişdir. Albom üç versiyada buraxılmışdır: məhdud CD+Blu-ray, məhdud CD+DVD nəşri və adi CD nəşri. "Falling Alone" albomun baş treki kimi istifadə olunmuş və daha öncə 10-cu rəqəmsal sinqlı kimi buraxılmışdır.[13][14]

20 avqust 2016-cı ildə Aimer Music Station-da "Chouchou Musubi" mahnısı ilə ilk dəfə öz üzünü göstərmişdir.[15] Dördüncü albomu "Daydream"i anons etdikdən sonra "Natsume's Book of Friends" animesinin beşinci mövsümünün bağlanış mahnısı olan "Akane Sasu" mahnısını anons etmişdir.[16]

5 yanvar 2017-ci ildə Aimerin multimedia əyləncə studiyası olan Moment Factory tərəfindən təşkil olunan "Tabegamisama no Fushigina Resutoranten" adlı yapon kulinariya sərgisi üçün mahnı yazacağı anons edilmişdir.[17] Bir gün sonra rəsmi Twitter hesabında mahnının adının "Kacho Fugetsu" olacağını açıqlamışdır.[18] Daha sonra, Yaponiya "Ubai ay, fuyu" doramasının açılış mahnısı "Kogoesona Kisetsu Kara" sinqlını və 10 fevral 2017-ci ildə buraxacağını anons etmişdir.[19] Aimerin ən məşhur mahnıları "Blanc" və "Noir"-ın daxil edildiyi iki yığma albom üçün 3 may 2017-ci il buraxılış tarixini açıqlamışdır. Onlara iki yeni sinql da daxil edilmişdir.

Aimerin "Ref:rain" adlı rəqəmsal olaraq 18 fevral 2018-ci ildə buraxılmış, fiziki şəkildə isə 21 fevral 2018-ci ildə buraxılmışdır. Mahnı 2018-ci il istehsalı "After the Rain" anime serialının bağlanış mahnısı olmuşdur.[20] 7 sentyabr 2018-ci ildə "Black Bird" adlı yeni sinqlını yayımlamışdır. Bu sinql "Kasane" manqasının Yaponiya film adaptasiyası üçün istifadə olunmuşdur.[21]

26 yanvar 2019-cu ildə Aimer 10 aprel 2019-cu ildə "Sun Dance" və "Penny Rain" adlı iki albom buraxacağını açıqlamışdır. Onun "Torches" adlı mahnısı "Vinland Saga" manqasının anime adaptasiyasının bağlanış mahnısı kimi istifadə olunmuşdur.[22]

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
Başlıq Albom detalları Ən yüksək yer Satışlar Sertifikatlar
YPN
[23]
KOR
Sleepless Nights 11 N/A
Midnight Sun
  • Buraxılıb: 25 iyun 2014
  • Studiya: DefSTAR Records
  • Formatlar: CD, CD+DVD, rəqəmsal yükləmə
9
  • YPN: 19,000+
Dawn
  • Buraxılıb: 29 iyul 2015
  • Studiya: DefSTAR Records
  • Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə
4 3
Daydream
  • Buraxılıb: 21 sentyabr 2016
  • Studiya: SME Records
  • Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə
2 3
Sun Dance & Penny Rain
(məhdud nəşr)
  • Buraxılıb: 10 aprel 2019
  • Studiya: SME Records
  • Formatlar: 2CD+2Blu-ray, 2CD+2DVD
Sun Dance
  • Buraxılıb: 10 aprel 2019
  • Studiya: SME Records
  • Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə
3 66
Penny Rain
  • Buraxılıb: 10 aprel 2019
  • Studiya: SME Records
  • Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə
2 67

Ən yaxşı albomlar

[redaktə | mənbəni redaktə et]
Başlıq Albom detalları Ən yüksək yer Satışlar Sertifikatlar
YPN
[23]
KOR

}}

Blanc
  • Buraxılıb: 3 may 2017
  • Studiya: SME Records
  • Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə
3 4
Noir
  • Buraxılıb: 3 may 2017
  • Studiya: SME Records
  • Formatlar: CD, CD+DVD, CD+Blu-ray, rəqəmsal yükləmə
4 5
Başlıq Albom detalları Yüksək yer
YPN
[23]
After Dark
  • Buraxılıb: 20 noyabr 2013
  • Studiya: DefSTAR Records
  • Formatlar: CD, rəqəmsal yükləmə
23
Dare ka, Umi wo.
(誰か、海を。?)
  • Buraxılıb: 3 sentyabr 2014
  • Studiya: DefSTAR Records
  • Formatlar: CD, CD+DVD, rəqəmsal yükləmə
18
Başlıq İl Ən yüksək yer Albom
YPN
Oricon

[35]
JPN
Billboard

[36]
"Rokutosei no Yoru" / "Kanashimi wa Aurora ni" / "Twinkle Twinkle Little Star"
(六等星の夜 / 悲しみはオーロラに?)
2011 28 Sleepless Nights
"Re:pray" / "Sabishikute Nemurenai Yoru wa"
(寂しくて眠れない夜は?)
41
"Yuki no Furumachi" / "Fuyu no Diamond"
(雪の降る街 / 冬のダイヤモンド?)
2012 72
"Anata ni Deawanakereba -Kasetsu Toka-" / "Hoshikuzu Venus"
(あなたに出会わなければ~夏雪冬花~/星屑ビーナス?)
26
"L-O-V-E" Bitter & Sweet
"Refrain ga Sakenderu"
(リフレインが叫んでる?)
"RE:I AM" 2013 6 Midnight Sun
"Nemuri no Mori"
(眠りの森?)
"StarRingChild" 2014 3 17
"Broken Night" / "Hollow World" 9 34 DAWN
"Brave Shine" 2015 4 4
"Kimi wo Matsu"
(君を待つ?)
"Ninelie" 2016 9 4 Daydream
"Insane Dream" / "Us" 13 17
"Chouchou Musubi"
(蝶々結び?)
10 8
"Falling Alone"
"Akanesasu" / "everlasting snow"
(茜さす / everlasting snow?)
8 8 alboma daxil deyil
"ONE" / "Hana no Uta" / "Rokutosei no Yoru Magic Blue ver."
(ONE / 花の唄 / 六等星の夜 Magic Blue ver.?)
2017 2 2 Sun Dance & Penny Rain
"Ref:rain" / "Mabayui bakari"
(Ref:rain / 眩いばかり?)
2018 6 6
"Black Bird / Tiny Dancers / Omoide wa Kireide"
(Black Bird / Tiny Dancers / 思い出は奇麗で?)
5 3[37]
"I Beg You / Hanabiratachi no Māchi / Sailing"
(I Beg You / 花びらたちのマーチ / Sailing?)
2019 1 2[38]
"STAND-ALONE" alboma daxil deyil

Kover albomları

[redaktə | mənbəni redaktə et]
Başlıq Albom detalları Ən yüksək yer
YPN
[23]
Your Favorite Things
  • Buraxılıb: 11 may 2011
  • Studiya: DefSTAR Records
  • Format: rəqəmsal yükləmə
Bitter & Sweet
  • Buraxılıb: 12 dekabr 2012
  • Studiya: DefSTAR Records
  • Formatlar: CD, rəqəmsal yükləmə
53

Birgə albomlar

[redaktə | mənbəni redaktə et]
Başlıq Albom detallar Sənətçilər
UnChild
  • Buraxılıb: 25 iyun 2014
  • Studiya: DefSTAR Records
  • Formatlar: CD, rəqəmsal yükləmə
SawanoHiroyuki[nZk]:Aimer
Another Me
  • Buraxılıb: 13 avqust 2014
  • Studiya: J-More
  • Format: rəqəmsal yükləmə
Fukui Mai x Aimer

Qonaq iştiraklar

[redaktə | mənbəni redaktə et]
Mahnı İl Albom Albom sənətçisi
"Banana Fish to Hamabe to Kuroi Niji"
(Aimerlə)
2014 See More Glass Galileo Galilei
"Song of ..<AM>" 2015 o1 SawanoHiroyuki[nZk]
"S-ave"
"Bed / Love Song"
(Aimerlə)
2016 Sea and the Darkness Galileo Galilei
"bL∞dy f8 -eUC-" Into the Sky EP SawanoHiroyuki[nZk]
"Told U So" P.Y.L illion
"Bright Stars"
(Aimerlə)
Kings of the Playground Grown Kids
"Listen"
(Avril Lavinlə); (Aimer arxafon vokalı kimi)
2017 Ambitions One Ok Rock
"Ninelie <Cry-v>" 2V-ALK SawanoHiroyuki[nZk]
"Memento Mori"
(Aimerlə)
2018 Cocoon androp
"I-mage"
(Aimerlə)
2019 R∃/MEMBER SawanoHiroyuki[nZk]
  1. 1 2 "Stepping Into the Light: An Interview with Aimer". J-Network. December 7, 2016. December 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2017.
  2. Barks. Aimer : Biography Arxiv surəti 18 yanvar 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-01-18 at the Wayback Machine
  3. "Agehasprings". Agehasprings Official (yapon). February 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 18, 2013.
  4. "新人シンガーAimer「NO.6」EDテーマでメジャーデビュー" [Major debut of rookie singer Aimer for No.6 ED theme]. Natalie (yapon). August 9, 2011. December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  5. "Recochoku chart" (yapon). May 9, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 10, 2011.
  6. "Aimerインターネットライブに2万人が感動と涙!!スペシャルゲストに話題のくまモンが登場!?". Utamap News (yapon). December 18, 2011. December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2018.
  7. "Aimer、2ndシングルが「BLEACH」エンディング曲に抜擢" [Aimer's 2nd single is selected for Bleach ending song]. Natalie (yapon). September 13, 2011. June 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  8. "Aimer - "Anata ni Deawanakereba Natsuyuki Fuyuhana" - ED anime Natsuyuki Rendezvous". Comtrya.com. August 13, 2012. May 17, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  9. "Aimer新曲は「ガンダムUC」新エピソード主題歌" [Aimer's new song be the theme song of Gundam UC 's new episode]. Natalie (yapon). January 11, 2013. June 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  10. Narimatsu, Satoshi. "Aimer・インタビュー" [Aimer・Interview]. Natalie (yapon). June 25, 2014. December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 18, 2014.
  11. Loveridge, Lynzee. "Aimer to sing Fate/stay night Unlimited Blade Works ' 2nd Season opening". Anime News Network. February 16, 2015. June 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  12. Green, Scott. "Takashi Takeuchi Fate/stay night[Unlimited Blade Works] II Blu-ray Set Box Art previewed". Crunchyroll. August 8, 2015. June 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  13. "Takaが新たに4曲提供! Aimer、新アルバムリリース決定。野田洋次郎、TKらがコメント" [Taka offers 4 new songs! Aimer's new album release decided. Yojiro Noda, TK and others comment]. Rockin'On Japan (yapon). August 18, 2016. June 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2016.
  14. "AimerアルバムにワンオクTaka、androp内澤、時雨TK、RAD野田ら提供曲" [Aimer's collaborations with One Ok Rock's Taka, Androp's Nakazawa, TK, Radwimp's Noda and others]. Natalie (yapon). August 18, 2016. June 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2016.
  15. "次週「Mステ」に初登場Aimer、Cocco、ユニコーン、AKB48、中山優馬、リトグリ" [First appearance in "M. Station" next week Aimer, Cocco, Unicorn, AKB 48, Yuma Nakayama, Ritoguri]. Natalie (yapon). August 29, 2016. December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  16. "Aimer、茜色の空が美しく広がる「茜さす」MV" [The sky spreads beautifully in Aimer's "Akane Sasu" MV]. Natalie (yapon). November 2, 2016. June 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2017.
  17. "「食神さまの不思議なレストラン展」CM (feat. Aimer)" ["A magical restaurant exhibition of food God" CM (featuring Aimer)]. YouTube (yapon). アートプロジェクト日本橋 兜町・茅場町 (Art project Nihonbashi Kabutocho · Kayabacho). January 5, 2017. December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 25, 2017.
  18. "Aimer&staff post on Twitter". Official Twitter (yapon). January 6, 2017. December 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2017. Aimer's new song "Kachō Fūgetsu" will be used for the culinary exhibition "Tabegamisama no Fushigina Resutoranten"
  19. "Aimer、悲しく切ない「奪い愛、冬」OPテーマ配信リリース" [Aimer, Ubai ai, fuyu OP theme release]. Natalie (yapon). January 16, 2017. June 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2018.
  20. Hodgkins, Crystalyn. "Koi wa Ameagari no You ni TV Anime Reveals New Visual, Main Staff". Anime News Network. November 2, 2017. June 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2017.
  21. Sherman, Jennifer. "Live-Action Kasane Film's Trailer Previews Aimer Song". Anime News Network. July 6, 2018. June 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2018.
  22. Rafael Antonio Pineda. "Aimer Performs Vinland Saga Anime's Ending Theme Song". Anime News Network. June 9, 2019. June 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2019.
  23. 1 2 3 4 "Aimerのアルバム" [Aimer albums]. Oricon (Japanese). November 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2019.
  24. "週間CDアルバムランキング2015年08月10日付(2015年07月27日~2015年08月02日)" [Weekly CD Album Ranking August 10, 2015 (July 27–August 2, 2015)]. Oricon (yapon). August 9, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2018.
  25. "2015년 08월 Album Chart" [August 2015 Album Chart]. Gaon (koreya). October 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2018.
  26. 1 2 "2018년 08월 Album Chart" [August 2018 Album Chart]. Gaon (koreya). September 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2018.
  27. "2016년 10월 Album Chart" [October 2016 Album Chart]. Gaon (koreya). December 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2018.
  28. "Gold Disc Certification 2017" (Enter Aimer into the アーティスト then select 検索). RIAJ (Japanese). March 2017. January 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 29, 2017.
  29. 1 2 "週間 CDアルバムランキング 2019年04月22日付" [Weekly CD Album Ranking on April 22, 2019]. Oricon News (Japanese). November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 17, 2019.
  30. 1 2 "2017년 06월 Album Chart" [June 2017 Album Chart]. Gaon (koreya). July 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2018.
  31. "2018년 03월 Album Chart" [March 2018 Album Chart]. Gaon (koreya). December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2018.
  32. "Gold Disc Certification 2018" (Enter Aimer into the アーティスト then select 検索). RIAJ (Japanese). June 2018. January 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2018.
  33. "2018년 04월 Album Chart" [April 2018 Album Chart]. Gaon (koreya). November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2018.
  34. "Gold Disc Certification 2018" (Enter Aimer into the アーティスト then select 検索). RIAJ (Japanese). October 2018. January 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2018.
  35. "Aimerのシングル" [Aimer singles]. Oricon (Japanese). August 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2019.
  36. "Aimer | Billboard Chart History". Billboard. October 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2019.
  37. "Japanese Music: Top Japanese Songs Chart". Billboard. September 15, 2018. December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2018.
  38. "Japanese Music: Top Japanese Songs Chart". Billboard. January 19, 2019. December 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]