Aioli sarımsaqlı evdə hazırlanan mayonezdir. Soyuq və ya isti qaynadılmış balıq, soyuq ət yeməkləri, salatlar və tərəvəz yeməkləri ilə bərabər verilir.
Aioli | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Aralıq dənizi mətbəxi | |
Mənşəyi | |
Tərkibi | |
Əsas |
|
Sarımsağı yumurta sarısı və duz ilə bərabər sarımsaq əzəndə əzin. Mayonez konsistensiyasına çatana qədər qarışdıraraq yavaş-yavaş zeytun yağı əlavə edin.[1]
Provansda aioli qarni yeməyi qaynadılmış treska, ilbiz, şüyüd, mixəkli soğan, yerkökü, yaşıl lobya, ənginar, kartof, qaynadılmış yumurta və göyərti ilə duzlu suda bişirilmiş xırda səkkizayaqlıları aioli sosu ilə boşqaba düzərək hazırlanır.[1]
Qızardılmış balıq üçün aioli vinagrette sousu: əzilmiş qoz, badam, fındıq və çörək qırıntıları süzgəcdən keçirilir. Süd və əzilmiş sarımsaq qarışığı ilə isladılır və süfrəyə verilməzdən əvvəl zeytun yağı, limon və sirkə ilə qarışdırılır.[1]